Daşkəsən Rayon İcra Hakimiyyətində 29.11.2024-cü il tarixdə vətəndaşların növbəti qəbulu keçirilib
29 noyabr 2024 | 16:43
Noyabrın 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə növbəti dəfə vətəndaşları qəbul edib.
Bir qrup rayon sakininin müraciətlərini dinləyən icra başçısı Orxan Abbasov qaldırılan məsələlərin icrasına dair tapşırıq və tövsiyələrini verib. Habelə aidiyyəti üzrə izahat işləri aparılıb. Mərkəzi icra hakimiyyəti orqanlarına və digər idarəetmə qurumlarına aid olan müraciətlərin isə çatdırılması üçün qeydiyyatı aparılıb.