Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib

27 may 2022 | 18:22

          Mayın 27-də Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən bayram tədbirində  Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və RİHBA-nın işçiləri iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi yad edilib. 

İcra başçısı Əhəd Abıyev giriş nitqi ilə çıxış edərək əvvəlcə  28 May – Müstəqillik Günü münasibətilə Daşkəsən rayon ictimaiyyəti və şəxsən öz adından Prezident cənab İlham Əliyevi və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanı təbrik edib, Azərbaycan xalqı və dövləti naminə şərəfli  fəaliyyətlərində onlara uğurlar arzulayıb. Bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizdə böyük dəyəri olan əhəmiyyətli hadisədir. Əhəd Abıyev çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamlarına əsasən hər il xalqımızın bu əlamətdar tarixi günü bayram kimi qeyd etdiyini vurğulayıb.

 Digər çıxış edənlər də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, müstəqilliyimizin, milli dövlətçiliyimizin keçdiyi böyük şərəfli inkişaf yolundan danışıblar.

Əhəd Abıyev tədbirdə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən, həmin Komissiyanın üzvü kimi Daşkəsən Rayon İcra Hakimiyyətinin aidiyyəti dövlət qurumları və mütəxəssis tarixçilər, həmçinin rayon arxiv idarəsi ilə birgə Sərəncamın tələblərindən irəli gələn məsələlərin həllinə dair rayon ərazisində fəaliyyət göstərmək üçün işçi qrupların yaradılacağını və bu istiqamətdə müntəzəm işlərin aparılacağını qeyd edib.       

Sonra icra başçısı Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən verilən tapşırıqlara və digər məsələlərə dair qarşıda duran vəzifələrlə bağlı təsdiq edilmiş Tədbirlər Planının yerinə yetirilməsi vəziyyətini müzakirə edib, inzibati ərazi dairəsi üzrə icra nümayəndlərə, məsul vəzifəli şəxslərə görüləcək işlərin qısa məzmunu və onların icra müddəti barədə tapşırıqlarını verərək Tədbirlər Planının vaxtında, keyfiyyətlə və tam məsuliyyətlə yerinə yetirib nəticəsi barədə şəffaf arayışların təqdim olunmasını diqqətə çatdırıb. Əhəd Abıyev ev təsərrüfatlarının uçotu kitablarının və seçici siyahılarının dəqiqləşdirilməsi, yerlərdə vətəndaşların səyyar qəbulu və elektron müraciətlərin aparılmasının gücləndirilməsi, kadr məsələləri, habelə  RİHB-nin yanında İctimai şuranın fəaliyyətinin təmin edilməsi, rayon əhəmiyyətli məsələlərdə ictimai dinləmələrin və müzakirələrin təşkilinə dair də tapşırıqlarını verib.             

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini 

Keçidlər