Daşkəsən Rayon İcra Hakimiyyətində 22.11.2024-cü il tarixdə vətəndaşların növbəti qəbulu keçirilib
22 noyabr 2024 | 12:29
Noyabrın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələrinin məsul şəxslərinin iştirakı ilə növbəti dəfə vətəndaşlar qəbul edilib.
Qəbul zamanı bir qrup rayon sakininin müraciətləri dinlənilib, qaldırılan məsələlərin icrasına dair tapşırıq və tövsiyələr verilib. Mərkəzi icra hakimiyyəti orqanlarına və digər idarəetmə qurumlarına aid olan müraciətlərin isə çatdırılması üçün qeydiyyatı aparılıb.