Daşkəsən Rayon İcra Hakimiyyətində 01.11.2024-cü il tarixdə vətəndaşların növbəti qəbulu keçirilib
01 noyabr 2024 | 13:38
Noyabrın 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib. Bir qrup rayon sakininin müraciəti dinlənilib.
İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin icrasına dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, bəzi müraciətlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub. Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.