Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA MƏŞĞULLUĞA KÖMƏK GÖSTƏRƏN ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

31 avqust 2022 | 14:34

Avqustun 31-də Daşkəsən RİH-in yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclasında RİH-nin məsul işçiləri, Gəncə-Daşkəsən regional  Məşğulluq  filialının, rayon Polis Şöbəsinin, Daşkəsən rayonu üzrə təhsil sektorunun, rayon Statistika  idarəsinin, Daşkəsən rayonu üzrə Maliyyə şöbəsinin, rayon Gənclər və İdman idarəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin Daşkəsən rayon şöbəsinin, ƏƏSMN-yi tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Daşkəsən rayon qəbul şöbəsinin, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin monitorinq şöbəsinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin, Dövlət idarələri və ictimai xidmət təşkilatları həmkarlar təşkilatının və Daşkəsən rayon bələdiyyə sədrləri şurasının rəhbər və məsul işçiləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH-in yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri Vüqar Məmmədov iclası giriş sözü ilə  açaraq Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyi tərəfindən təqdim olunmuş Daşkəsən rayonu üzrə məşğulluğa dair qiymətləndirmə cədvəli və hesabat dövrü ərzində rayon üzrə əmək müqavilələrinə dair məlumatları təhlil edib. Bildirib ki,  hesabat dövründə 34 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 45 nəfərlə yeni əmək müqaviləsi bağlanmışdır. Hazırda 35545 nəfər rayon əhalisinin 20300 nəfəri məşğul əhali hesab olunur. Aktiv əmək müqaviləsinə görə işçilərin sayı 2619 nəfər, aktiv məşğul əhali 4085 nəfər təşkil edir. Rəsmiləşdirilməyən məşğul əhali 16215 nəfər olmuşdur ki, bu da məşğul əhaliyə nisbətdə 79,9 %-dir. Dövlət vergi xidmətinin məlumatına görə, hesabat dövründə rayon ərazisində hazırda fəaliyyəti olan 1434 nəfər fərdi sahibkar qeydə alınıb. Aktiv məşğul əhalinin 3220 nəfəri, yəni 78,82 %-i qeyri-kənd təsərrüfatı sahəsində çalışanlardır.

Vüqar Məmmədov əhalinin məşğulluğunun təmin olunması istiqamətində Daşkəsən Rayon  İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin nəzarəti altında məqsədyönlü işlərin görüldüyünü, yeni iş yerlərinin yaradıldığını bildirib. Qeyd edib ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində Daşkəsən rayonunda mövcud müəssisə və təşkilatlarda 53 yeni iş yeri açılmışdır. 2022-ci ilin yanvar-may aylarında rayonda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,8 faiz artaraq 872,7 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, emal sənayesi, maliyyə və sığorta fəaliyyəti, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Gəncə-Daşkəsən regional  Məşğulluq  Filialının müdir müavini Rəfat Məmmədov çıxış edərək bildirib ki, qarşıda duran vacib məsələlərdən biri də ərazidə qeyri-formal məşğulluğun qarşısının alınmasıdır. Qeyri-formal məşğulluq əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaradır. Bu sahə üzrə nəzarətin, əmək müqaviləsi bağlamağa stimullaşdıran tədbirlərin, təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin daha da gücləndirilməsinə ehtiyac var.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəis müavini Rüstəm Rüstəmov və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Monitorinq şöbəsinin 1-ci dərəcəli müfəttişi Şəmsur Cəbrayılov çıxışlarında qeyri-formal məşğulluğun qarşısının alınması üçün sahibkarlıq sahəsində fəaliyyət göstərən obyektlərdə mütəmadi reydlərin keçirildiyini və sahibkarlarla maariflənmə işlərinin aparıldığını bildiriblər.

İclasda Daşkəsən  Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin işinin bundan sonra da səmərəli təşkil edilməsi, rayonda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətlərləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyət və digər məsələlər müzakirə edilib.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər