Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA MƏŞĞULLUĞA KÖMƏK GÖSTƏRƏN ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB

29 iyul 2022 | 13:01

29 iyul 2022-ci il tarixində Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib.

RİH-in yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri, RİHB-nin müavini Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Gəncə-Daşkəsən regional  Məşğulluq  Filialının, rayon Polis şöbəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun, Daşkəsən rayon Statistika  idarəsinin, Daşkəsən rayonu üzrə Maliyyə şöbəsinin, Daşkəsən rayon Gənclər və İdman idarəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin Daşkəsən rayon şöbəsinin, ƏƏSMN-yi tabeliyində DSMF-u publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Daşkəsən rayon qəbul şöbəsinin, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Monitorinq şöbəsinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə -Daşkəsən regional şöbəsinin, Dövlət  İdarələri  və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının və Daşkəsən rayon bələdiyyələr şurasının rəhbər və məsul işçiləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov iclası giriş sözü ilə  açaraq rayon əhalisinin məşğulluğunu təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verərək, əhalinin məşğulluğunun təmin olunması istiqamətində rayonda məqsədyönlü işlərin görüldüyünü, yeni iş yerlərinin yaradıldığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrasının səmərəliliyinin təmin olunması məqsədilə görülən işlər barədə tədbir iştirakçılarını məlumatdırıb.

İclas iştirakçılarının nəzərinə çatdırılmışdır ki, RİH-in yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclasının əsas məqsədi rayon ərazisində işsizliyin qarşısının alınması, əmək bazarında gərginliyin aradan qaldırılması, bazar iqtisadiyyatı şəraitində dövlət və qeyri-dövlət müəssisələrində işaxtaran və işsiz vətəndaşların ilk növbədə məşğulluq problemlərinin səmərəli həll edilməsidir.

İclasda mövzu ilə bağlı komitə üzvləri tərəfindən fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iş planı və tədbirlərin keçirilməsi qrafiki təsdiq olunub.

 

Keçidlər