Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın 29.10.2024-cü il tarixdə növbəti iclası keçirilib

30 oktyabr 2024 | 11:07

Oktyabrın 29-da keçirilən Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclasında Daşkəsən RİHB-nin müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, RİH yanında İctimai Şuranın sədri Samir Həsənov, İctimai Şuranın üzvləri, rayonda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Daşkəsən RİH yanında İctimai Şuranın sədri Samir Həsənov gündəlikdə duran məsələləri səsləndirib və həmin məsələlər üzrə iclas iştirakçılarını müzakirələrə dəvət edib. Gündəlikdəki məsələ - “Daşkəsən rayonunda bərk məişət və xüsusilə plastik tullantıların ətraf mühitə mənfi təsiri barədə” çıxış edən Şura sədri vurğulayıb ki, gözəl təbiətə malik olan Daşkəsən rayonunda bərk məişət tullantıları ilə yanaşı, plastik tullantılar da əsaslı şəkildə ətraf mühiti çirkləndirir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonda silsilə ekoloji tədbirlər həyata keçirilir, çoxsaylı maarifləndirmə işləri davam etdirilir. Buna baxmayaraq, xüsusilə plastik tullantılarla ərazilərin çirkləndilirməsi hallarına rast gəlmək olur. Çoxsaylı təmizlik aksiyalarının keçirilməsinə, zibil qutuları və konteynerlərin qoyulmasına, ərazilərin təmiz saxlanılmasına və tullantıların düzgün idarə olunmasına yönələn çağırışlar edilməsinə, əməli nümunələr göstərilməsinə baxmayaraq, yenə də narahatedici faktlarla üzləşirik. Cəmiyyətimizin hər bir fərdi tullantıları təbiətə, ətraf ərazilərə atmamaq, təmizliyə riayət etmək vərdişlərini özünə təlqin etməli, ətrafındakıları da nümunəvi əməlləri ilə maarifləndirməlidir. Eyni zamanda əvvəlki illərdə olduğu kimi rayon ərazisindən toplanmış plastik tullantıların qəbul məntəqələrinə təhvil verib satışını təşkil etmək də məqsədəuyğun olardı.  

Sonra İctimai Şuranın üzvləri gündəlikdəki məsələni geniş müzakirə edərək müvafiq işlərin görülməsi üçün aidiyyəti üzrə müraciətlərin olunması qərara alınıb.

Daşkəsən RİHB-nin müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov yekun nitqlə çıxış edərək RİH ilə hər zaman sıx əlaqədə səmərəli fəaliyyət göstərdiklərinə görə İctimai Şuranın üzvlərinə təşəkkür edib, rəy və təkliflərinin daim dəyərli olduğunu bildirib.

Keçidlər