Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri “Azərbaycanda məişət zorakılığı ilə mübarizə üzrə fəaliyyət göstərən monitorinq qruplarının bacarıqlarının artırılması” təlimində iştirak ediblər.

20 noyabr 2023 | 14:36

Noyabrın 18-də Gəncə şəhərində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  və BMT-nin Əhali Fondunun  dəstəyi ilə keçirilən “Azərbaycanda məişət zorakılığı ilə mübarizə üzrə fəaliyyət göstərən monitorinq qruplarının bacarıqlarının artırılması” layihəsi çərçivəsində keçirilmiş cəmiyyətimizdə məişət zorakılığının qarşısının alınması, zorakılıq hallarından zərər çəkmiş şəxslərə yardımın göstərilməsi kimi mövzuları özündə əks etdirən təlimi Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü Sevinc Əliyeva aparıb.

Təlimdə Daşkəsən Rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri də iştirak ediblər.

Təlim zamanı Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış vahid qısamüddətli orderin nümunəsi və braşurlar paylanıb. Bundan başqa məişətdə, sosial-ictimai, iqtisadi və mədəni həyatda gender balansının qorunmasının, fərdlər arasında ayrı-seçkiliyə yol verilməməsinin əhəmiyyəti vurğulanıb. “Cinayət təqibi orqanlarında cinayət xarakterli məişət zorakılığı ilə bağlı şikayətlərin araşdırılması”, “inzibati xəta xarakterli məişət zorakılığı ilə bağlı şikayətlərin araşdırılması”, “cinayət xarakterli olmayan məişət zorakılığı ilə bağlı şikayətlərin yerli icra hakimiyyəti orqanlarında araşdırılması”, “mühafizə orderi anlayışı, növləri və verilmə qaydası”, “kompensasiya tələbi” və “ailə mübahisələrinə mülki mühakimə icraatı qaydasında baxılarkən məişət zorakılığı məsələləri” mövzularında təqdimatlar müzakirə olunub.

Keçidlər