Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti ilə “Daşkəsən Dəmir Filiz” MMC-nin KSM komitəsinin növbəti görüşü keçirilib.

30 dekabr 2023 | 15:10

30 dekabr 2023-cü il tarixdə   Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədovun, “DDF” MMC-nin baş direktor müavini, KSM Komitəsinin sədri İlqar Cəlilovun eləcə də Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçilərinin və “DDF” MMC-nin KSM komitəsinin üzvlərinin iştirakı ilə növbəti görüş keçirilib.

Görüş zamanı qeyd edilmişdir ki, ötən müddət ərzində “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyəti Cəmiyyətinin sahəsində olan yararsız tikililərin sökülməsindən əldə edilən və əlavə olaraq müəyyənləşdirilmiş materiallar şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə paylanılıb.

2023-cü il ərzində 17 nəfər şəhid ailəsinə, 13 nəfər Vətən müharibəsi əlilinə və 66 nəfər aztəminatlı ailəyə ümumilikdə 880 ədəd mişar daşı, 97 ədəd şifer, 57 m3 taxta, 78 ədəd plastik pəncərə, 147,5 ton qum, 197,8 ton çınqıl verilmişdir. Birgə əməkdaşlıq çərçivəsində 2024-cü ildə də tikinti materiallarının paylanılmasının davam etdirilməsi nəzərdə tutulub.

Eyni zamanda növbəti ildə rayon ərazisində icra ediləcək layihələr və fəaliyyət planları müzakirə edilib.

Keçidlər