Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirilib.

19 oktyabr 2023 | 15:38

19 oktyabr  2023-cü il  tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın növbəti iclasında “Rayon Gənclər və İdman Sektorunun gördüyü işlər, həyata keçirdiyi tədbirlər barədə” və “Rayon ərazisindəki dövlət əhəmiyyətli yolların saxlanması, təmiri sahəsində 31 saylı Yol İstismarı İdarəsinin gördüyü və icrası nəzərdə tutulan işlər barədə” məsələlər müzakirə olundu.

İclasda şura üzvləri, fəaliyyətləri müzakirə olunan idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak edib.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov iclası giriş sözü ilə açaraq qeyd etmişdir ki,  44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi, lakin erməni separatçıları ərazilərimizdən hələ təmizlənmədiyi üçün suverenliyimizin bərpası prosesi başa çatmamışdı. Azərbaycan son antiterror tədbirləri ilə separatçıların kökünü torpaqlarımızdan kəsə bildi. 19 sentyabr 2023-cü il Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Ağ bayraq qaldıraraq düşmən təslim oldu.

Oktyabrın 15-də  Prezident cənab İlham Əliyev Xankəndiyə, Xocalıya, Əsgərana, Xocavəndə və Ağdərəyə bayraq sancaraq, Azərbaycanın suverenliyinin tam bərpa edilməsini rəsmiləşdirdi.

Azərbaycan xalqı oktyabr ayının 15-də son illərin ən önəmli, şərəfli hadisəsinə şahidlik etdi. Bu hadisə həm də Azərbaycan tarixinə əbədi həkk olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu gün Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək. Öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə əbədi olaraq qaydacaqlar. Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndinin mərkəzi meydanında etdiyi çıxışın hərbi-siyasi və strateji məzmununda həmin məntiqi görmək çətin deyil. Ölkə rəhbərinin Xankəndidə çıxış zamanı arxa fonda görünən binanı, dalğalanan Azərbaycan Bayrağını, binanın üzərinə vurulmuş Dövlət Gerbini göstərərək Ermənistana ismarıc yollaması diqqət çəkir.

İkinci Qarabağ savaşında Azərbaycan xalqının şərəfli qələbəsi tariximizin ən möhtəşəm hadisəsidir. Azərbaycan bayrağının Xankəndində asılması və Azərbaycan Respublikası torpaqlar üzərində suverenliyini təmin edən bu böyük qələbənin son mərhələsidir.

Bu qələbə ən son elmi texnoloji nailiyyətlərin tətbiqi, ağılla gücün bərabər istifadəsi ilə aparılan 21-ci əsrin ilk rəqəmsal savaşın nəticəsində əldə olunan qələbədir. İlham Əliyev cənablarının və onun yaratdığı ilk elmi-texniki və rəqəmsal ordunun xidmətidir. Bu gün yaşayan nəsil Azərbaycan tarixində ən möhtəşəm hadisələri, ən qürurlu dəyişiklikləri yaşayan nəsildir. Tarixin heç bir mərhələsində heç bir nəsil qısa zaman ərzində bu qədər möhtəşəm dəyişikliklərlə rastlaşmamışdır.

Sonra Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verilib.

“Rayon Gənclər və İdman Sektorunun gördüyü işlər, həyata keçirdiyi tədbirlər barədə” İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin hazırladığı  arayış  dinlənilib. Məruzəçi rayon ərazisində gənclər siyasəti və idman sahəsində həyata keçirilmiş tədbirlər və gələcək vəzifələr barədə Şura üzvləri qarşısında çıxış edib.

Gündəlikdə duran ikinci məsələ - “Rayon ərazisindəki dövlət əhəmiyyətli yolların saxlanması, təmiri sahəsində 31 saylı Yol İstismarı İdarəsinin gördüyü və icrası nəzərdə tutulan işlər barədə” Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi Elman Ələkbərovun hazırladığı  məruzə  dinlənildi.

Daha sonra Şuranın müzakirəsinə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb, Vüqar Məmmədov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Çıxış və müzakirələr başa çatdıqdan sonra hər bir məsələ ilə bağlı Şura iclasının qərarları qəbul edilib.

Keçidlər