Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ 20 YANVAR FACİƏSİNİN 33-CÜ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ SEMİNAR KEÇİRİLİB VƏ RƏSM SƏRGİSİ AÇILIB

12 yanvar 2023 | 11:17

20 Yanvar Faciəsinin 33-cü ildönümü ilə  bağlı Daşkəsən rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda seminar keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan xalqının müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzinin direktoru Nailə Məmmədova 20 Yanvar – Ümumxalq Hüzn Günü barədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

Nailə Məmmədova 20 Yanvar hadisələrinə Ulu Öndər Heydər Əliyev tərəfindən verilən siyasi qiymətdən söz açıb. Qeyd edib ki, həmin günlər xalqının səsinə hər kəsdən əvvəl səs verən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hadisələrdən dərhal sonra ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirmişdir. Ulu Öndər Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı faciəyə verilən ilk siyasi qiymət olmuşdur. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə respublikamızda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəlmiş və 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılmışdır. Belə ki, Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda 1990-cı il 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməklə hər il yanvarın 20-nin Ümumxalq Hüzn Günü kimi qeyd olunması qərara alınmışdır.

Digər çıxış edənlər Ulu Öndərin siyasi varisi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin problemlərinin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən söhbət açıblar.

Sonda Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən rəsm sərgisi açılıb. Mərkəzin foyesində təşkil olunan “20 Yanvar milli qürur günümüzdür” adlı sərgidə uşaq, yeniyetmə və gənclərin əl işlərindən ibarət rəsmlər nümayiş olunur. Müəlliflər rəsmlərdə xalqımıza qarşı törədilən qanlı faciəni əks etdirməklə, həm də insanların azadlıq uğrunda mübarizə əzmini, bu yolda dönməzliyini təsvir etməyə çalışıblar.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər