"DAŞKƏSƏN" QƏZETİNİN YENİ SAYI ÇAPDAN ÇIXIB
Daşkəsən Rayon İcra Hakimiyyətinin aylıq mətbu orqanı olan "Daşkəsən" qəzetinin növbəti sayında cari ilin yanvar ayından may ayınadək Daşkəsən rayonunda keçirilən tədiblər və görüşlər işıqlandırılıb.
Nəşrdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rayonunun ayrı-ayrı yaşayış məntəqlərində keçirdiyi vətəndaşların səyyar qəbulları yer alıb. Bundan əlavə RİH-nin başçısı Əhəd Abıyevin rəhbərliyi ilə Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirilən tədbirlər, görülən digər işlər geniş əksini tapıb. Mətbu orqanının səhifələrində Daşkəsən Kob Dostunun fəaliyyətə başlaması, rayonda yaylaq mövsümü və qarşıda duran vəzifələrlə bağlı müşavirələr, həyata keçirilən ekoloji və sosial layihələr, həmçinin maarifləndirici materiallar oxuculara təqdim olunur.
Elmar Əliyev
Daşkəsən RİBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini,
"Daşkəsən" qəzetinin baş redaktoru