Daşkəsən qəsəbəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti təmizlik aksiyası keçirilib
21 may 2024 | 16:23
Mayın 21-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən qəsəbəsinin ərazisində “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi işlərinin gücləndirilməsi məqsədilə növbəti təmizlik aksiyası keçirilib.
Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, gənc könüllülər və sakinlər iştirak ediblər.
Təmizlik aksiyası zamanı ərazi bərk məişət və digər tullantılardan təmizlənərək aidiyyəti üzə təhvil verilib.