Daşkəsən qar örpəyinə bürünüb
02 dekabr 2024 | 18:03
Dekabrın 2-də Daşkəsən rayonuna günorta saatlarından qar yağmağa başlayıb. Hazırda rayon ərazisində qarın yağması və şaxtalı hava şəraiti davam edir.
Daşkəsən şəhərində yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizlənməsi işləri aparılır, qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilə yaranmamışdır.
Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitini nəzərə almaqla qurur.