Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN MƏKTƏBLİLƏRİ ÜÇÜN “NARKOMANİYA YOX DEYƏK!” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

27 oktyabr 2022 | 09:13

Oktyabrın 27-də Daşkəsən Rayon Polis Şöbəsi Rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzi və  rayonu üzrə təhsil sektoru ilə birgə Daşkəsən şəhər İ.Nəsimi adına 1 və A.Mürsəlov adına 2 nömrəli məktəblərin şagirdləri üçün "Narkomaniyaya yox deyək" mövzusunda  geniş maarifləndirici tədbir keçirib. Görüşün əsas məqsədi 8-11-ci siniflər arasında maarifləndirmə işlərinin aparılması, yeniyetmələrə sağlam həyat tərzinin təlqin edilməsi olub.

Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev ölkəmizdə gənc nəslin sağlam böyüməsi üçün narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mübarizənin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışaraq bildirib ki, bu sahədə dövlət tərəfindən maarifləndirmə işləri də davamlı olaraq aparılır. Seymur Əfəndiyev çıxışında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən görülən işlər haqqında məlumat verib, sağlam həyat tərzinin qorunmasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu fəsadlar və hüquqa zidd əməllərdən qorunma yolları barədə geniş profilaktik söhbətlər edilib.

Sonra narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya – bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər