Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN KOB DOSTU YUXARI DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ SAHİBKARLARLA MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİB

07 iyul 2022 | 18:50

İyulun 7-də Daşkəsən KOB dostu Muraz Məmmədovun Yuxarı Daşkəsən qəsəbəsində təşkil etdiyi görüşdə Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aidə Nağıyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və sahibkarlar, həmçinin sahibkar olmaq istəyən gənclər iştirak ediblər.

Aidə Nağıyeva və Samir Həsənov çıxışlarında bildiriblər ki, Prezident cənab İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.36-cı bəndinin tələblərinə əsasən keçirilən belə silsilə görüşlərin məqsədi  sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması, ehtiyaclarının öyrənilməsidir.

Daşkəsən KOB dostu Muraz Məmmədov isə dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə sahibkarlara ətraflı məlumatlar verib, onları həmin xidmətlərdən yararlanmağa çağırıb.

Sonra sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb, sahibkarların fikirləri dinlənilib, sualları cavablandırılıb, müraciətləri qeydə alınıb, tövsiyələr verilib və məlumatlandırıcı bukletlər paylanıb.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

 

Keçidlər