Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Kob Dostu Quşçu kəndində “Sahibkarlıq üçün rəqəmsal bacarıqlar” mövzusunda təlim təşkil edib

22 noyabr 2024 | 17:02

Noyabrın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən KOB dostu Orxan Abbasovun Quşçu kəndində təşkil etdiyi görüşdə RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Ayaz Allahyarov, sahibkarlar, sakinlər, həmçinin sahibkar olmaq istəyən gənclər iştirak ediblər.

Daşkəsən KOB dostu Orxan Abbasov Agentliyin fəaliyyəti, KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər, KOBİA-nın xidmətləri, o cümlədən “KOB Dostu” mexanizmi barədə geniş məlumat verib. Qeyd edib ki, KOB Dostu tərəfindən rayonda mikro, kiçik və orta sahibkarlara biznesin qurulması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif dəstəklər göstərilir, habelə yeni biznes sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, KOB maraqlarının müdafiəsi diqqətdə saxlanılır.

Eyni zamanda yeni ideyaları olan gəncləri, startapları, eləcə də yeni məhsullar və xidmətlər yaratmaq istəyən sahibkarları məlumatlandırmaq, onlara məsləhət və informasiya vermək məqsədi daşıyan praktik təlimdə KOB dostu Orxan Abbasov tərəfindən sahibkarlıq üçün rəqəmsal bacarıqlar mövzusu ilə yanaşı, biznes planının hazırlanması, biznes planın məqsəd və istiqamətinin dəqiqləşdirilməsi, bazar araşdırmasının aparılması, müəssisə idarəetməsinin planlaşdırılması, marketinq və maliyyə resurslarının təhlili mözvzuları üzrə biliklər də aşılanıb. Həmçinin vurğulanıb ki, rəqəmsal bacarıqlara yiyələnmək cəmiyyətin bütün üzvləri üçün vacib əhəmiyyət daşıyır. Hazırda bütün dünyada müxtəlif fəaliyyət sahələrində rəqəmsallaşmaya doğru sürətli tendensiya mövcuddur. Ona görə də, sahibkarlar yeni rəqəmsal dövrün tələblərinə hazır olmalıdırlar.

RİHBA-nın məsul əməkdaşı Ayaz Allahyarov sahibkarlıq fəaliyyətinə icazələrin alınması üçün müvafiq elektron platformalar, habelə "G2B" (dövlət-biznes) elektron reyesti barədə məlumat verib və “Sahibkarlıq fəaliyyəti üzrə lisenziya üçün hara müraciət etmək və hansı sənədləri təqdim etmək lazımdır” mövzusunda təqdimat edib. Diqqətə çatdırıb ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar verilir. Nazirlik tərəfindən “Lisenziyalar və icazələr” portalı (https://lisenziya.gov.az/), o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tabeliyində olan KOB evləri və “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsi üçün sahibkarlara xidmətlər göstərilir, ərizələrin qəbulu və lisenziyaların verilməsi həyata keçirilir. Bununla yanaşı, “ASAN xidmət” mərkəzlərində və KOB evlərində vaxta qənaət və optimal sənədləşmənin təmin edilməsi üçün lisenziya almaq istəyən sahibkarlara məsləhət xidmətləri göstərilir.

Sonra Daşkəsəndə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb, fikirlər dinlənilib, suallar cavablandırılıb, müraciətlər qeydə alınıb, tövsiyələr verilib və məlumatlandırıcı bukletlər paylanıb.

Keçidlər