Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN KOB DOSTU NÖVBƏTİ MAARİFLƏNDİRİCİ GÖRÜŞÜNÜ QABAQTƏPƏ KƏNDİNDƏ KEÇİRİB

18 avqust 2022 | 18:54

Avqustun 18-də Daşkəsən KOB dostu Muraz Məmmədovun Qabaqtəpə kəndində təşkil etdiyi görüşdə Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Elmin Paşayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov, sahibkarlar, həmçinin sahibkar olmaq istəyən gənclər iştirak ediblər.

Daşkəsən KOB dostu Muraz Məmmədov Agentliyin fəaliyyəti, KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər, o cümlədən “KOB Dostu” mexanizmi barədə məlumat verib. Qeyd edib ki, KOB dostu tərəfindən rayonda mikro, kiçik və orta sahibkarlara biznesin qurulması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif dəstək və xidmətlər göstərilir, KOB maraqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. “KOB Dostu yeni biznes sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, maraqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Muraz Məmmədov çıxışının sonunda sahibkarları KOBİA-nın xidmətlərindən yararlanmağa çağırıb.

Sonra sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb, sahibkarların fikirləri dinlənilib, sualları cavablandırılıb, müraciətləri qeydə alınıb, tövsiyələr verilib və məlumatlandırıcı bukletlər paylanıb.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

 

Keçidlər