Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN KOB DOSTU KOBİA-NIN DƏSTƏYİ İLƏ RAYONDA YENİ YARADILACAQ ÇÖRƏK İSTEHSALI MÜƏSSİSƏLƏRİNƏ BAXIŞ KEÇİRİB

19 dekabr 2022 | 09:16

Dekabrın 19-da Daşkəsən KOB dostu Muraz Məmmədov KOBİA-nın dəstəyi ilə Daşkəsən şəhərində və rayonun Xoşbulaq kəndində sahibkar Rizvan Abdullayev tərəfindən yaradılan çörək istehsalı müəsissələrində aparılan işlərin gedişatı ilə yerində tanış olub.

İlkin baxış zamanı əlaqədar qurumlardan alınan normativ hüquqi sənədlərin  və müəssisələrin texniki vəziyyəti, biznes plana əsasən qarşıya çıxması ehtimal olunan digər məsələlərin həll edilməsi sahibkarla ətraflı təhlil edilib və ona müvafiq tövsiyələr verilib.

Muraz Məmmədov bildirib ki, Daşkəsənin ayrı-ayrı yaşayış məntəqələrində müasir texnologiyaların tətbiqinə əsaslanan belə çörək bişirən müəssisələrin yaradılması istehlakçıları sanitar-gigiyenik normalara əməl edilməklə, yüksək keyfiyyətli müxtəlif çeşiddə çörək və un məmulatları ilə təmin etməyə imkan verəcək, rayonda bəzi hallarda çörəklə bağlı müşahidə olunan süni qiymət artımı məsələsinə birdəfəlik son qoyacaq, o cümlədən yeni iş yerlərinin yaranmasına təkan verəcək.

Sahibkar Rizvan Abdullayev sahibkarlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib, KOBİA-nın ona operativ formada verdiyi hərtərəfli dəstəyi yüksək qiymətləndirərək Agentliyin İdarə Heyətinin sədri hörmətli Orxan Məmmədova təşəkkürünü çatdırıb.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər