DAŞKƏSƏN KOB DOSTU ƏMİRVAR KƏNDİNDƏ SAHİBKARLARLA GÖRÜŞÜB
Oktyabrın 7-da Daşkəsən KOB dostu Muraz Məmmədovun Əmirvar kəndində təşkil etdiyi görüşdə Daşkəsən RİHB-nin Əmirvar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüfət Bədəlov, rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov, sahibkarlar, həmçinin sahibkar olmaq istəyən gənclər və kənd sakinləri iştirak ediblər.
Daşkəsən KOB dostu Muraz Məmmədov qurumun rayonda sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında əhəmiyyətini, habelə biznesə yerində dəstəyin təmin olunmasında vacibliyini qeyd edib, effektiv dəstək mexanizmi kimi KOB dostunun sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini verdiyini vurğulayıb, KOB dostu ilə əməkdaşlığa dəvət edib.
İcra nümayəndəsi Rüfət Bədəlov və Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov bildiriblər ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin, həmçinin gənclərin məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinin stimullaşdırılması və digər istiqamətlərdə kompleks tədbirlər görülür. Bu gün inamla inkişaf edən, bütün sahələrdə gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət birbaşa vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə yönəlib.
Görüşdə müzakirələr aparılıb, suallar cavablandırılıb, müraciətlər qeydiyyata götürülüb və məlumatlandırıcı bukletlər paylanıb.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini