Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Bayraq Meydanında və Bayan kəndində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti təmiz aksiyası təşkil olunub

19 avqust 2024 | 17:59

Avqustun 19-da Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən Bayraq Meydanında və Bayan kəndində “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi işlərinin gücləndirilməsi məqsədilə növbəti təmizlik aksiyası keçirilib.

Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, gənc könüllülər və sakinlər iştirak ediblər.

Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən ərazilər plastik və digər məişət tullantılarından təmizlənərək aidiyyəti üzrə təhvil verilib.

Keçidlər