Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

BU GÜN VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ HƏSƏN ABDULLAYEVİN DOĞUM GÜNÜDÜR

21 iyun 2022 | 20:07

Bu gün şəhidimizin mövlud günüdür. Bununla bağlı Daşkəsən RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəxri Həsənov, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri şəhid Həsən Abdullayevin Gəncə Şəhidlər xiyabanında olan məzarını ziyarət edib,  Şəhidin ailəsinə Daşkəsən RİH-nin başçısı Əhəd Abıyevin adından bir daha da başsağlığı veriblər.
Həsən Qərib oğlu Abdullayev 21 iyun 1994-cü ildə Daşkəsən rayonunda dünyaya gəlib.
2011-ci ildə Daşkəsən rayon S.Vurğun adına 4 nömrəli tam orta məktəbi bitirib. 2012-ci ildə hərbi xidmətə yollanıb. 8 sentyabr 2020-ci ildə Müdafiə Nazirliyinin N hərbi hissəsində MAXE hərbi qulluqçu kimi xidmətə başlayıb.
Vətən müharibəsində iştirak edərək böyük şücaət göstərmiş igidimiz 6 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi uğrunda gedən döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə yüksəlib. Həmin ilin 12 noyabr tarixində Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Həsən Qərib oğlu Abdullayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Uca Allahdan şəhidimizə rəhmət diləyirik.

 

Elmar Əliyev-Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər