Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) inşa olunan Çəndə Qələviləşdirmə Zavodu tam rejimdə işə salınıb.

29 iyul 2024 | 16:58

İqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ÇİRES-də qiymətli metal filizlərinin çəndə qələviləşdirmə (CIL – Carbon in Leach) texnologiyası ilə emalını həyata keçirəcək zavodun fəaliyyəti, eləcə də “Çovdar" mədənində hasilat və tullantıların idarə olunması prosesi ilə tanış olublar. Tanışlıq səfərində, həmçinin Harvard Kennedi Məktəbinin professoru Xuan Ximenez və Harvard Beynəlxalq İnkişaf Mərkəzinin Laboratoriyasının tədqiqatçıları iştirak ediblər.

Zavod Daşkəsən və Göygöl rayonlarında yerləşən qızıl mədənlərindən hasil edilən qiymətli metal filizlərinin emalında səmərəliliyin daha da artırılması məqsədilə inşa edilib. “AzerGold” QSC tərəfindən zavodla bağlı layihənin icrası üçün tələb olunan 383 milyon manat vəsait daxili imkanlar hesabına təmin edilib. Bölgədə əhalinin məşğulluğunun artırılmasına töhfə olan layihənin icrası ilə daha 101 daimi iş yeri yaradılıb. Bununla da “Çovdar” layihəsi çərçivəsində regionda məşğulluğa cəlb edilən vətəndaşların sayı 2400 nəfərə yaxınlaşıb.

Keçidlər