Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi aşağıda göstərilən dövlət orqanları üzrə dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elan edir
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək müsabiqə üzrə müsahibəyə Daşkəsən Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 3 vakant vəzifə təqdim olunub.
Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İnformasiya təminatı və təhlil sektoru, sektor müdiri (1 yer), Memarlıq və tikinti şöbəsi, aparıcı məsləhətçi - mühəndis (1 yer), Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, məsləhətçi (1 yer)
Müsabiqə üzrə müsahibədə iştirak etmək istəyən namizədlər 14 fevral 2024-cü il tarixindən 14 mart 2024-cü il tarixi, saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbElanlar