Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Aşağı Daşkəsən kəndində vətəndaşların müraciətləri dinlənilib

21 fevral 2024 | 14:38

Fevralın 21-də Daşkəsən rayonunun Aşağı Daşkəsən kəndində sakinlərlə səyyar görüş-qəbul keçirilib.

Görüşdə  Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak edib.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov sakinlər qarşısında çıxış edərək bildirib ki, ölkə rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyyəsinə uyğun olaraq sakinlərlə səyyar görüş keçirilir. Səyyar görüşün məqsədinin əhalinin problemlərini yerində öyrənmək, operativ müvafiq tədbirlər görmək və birbaşa həllinə nail olmaq olduğunu qeyd edib.

V.Məmmədov səyyar qəbulda vurğulamışdır ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bütün ölkə ərazisində olduğu kimi, Daşkəsəndə də iri miqyaslı layihələr həyata keçirilir. Yollar çəkilir, körpülər inşa olunur, məktəblər tikilir, kəndlər qazlaşdırılır. Bu gün Aşağı Daşkəsən sakinlərinin də evlərində istifadə etdiyi təbii qaz bunun əyani təzahürüdür. Əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş ardıcıl tədbirlər bundan sonra da yüksək səviyyədə davam etdiriləcəkdir.

Hazırda dünyada gedən proseslərin mürəkkəb və gərgin olmasına baxmayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik idarəçiliyi sayəsində ölkəmizdə  güclü iqtisadiyyat formalaşıb, möhkəm və sarsılmaz sabitlik hökm sürür.

Möhtərəm Prezident cənab İlham Əliyevin qətiyyətinin və malik olduğu yüksək liderlik keyfiyyətlərinin ən böyük göstəricisi isə torpaqlarımızın işğaldan azad edilməsidir. Prezident cənab İlham Əliyev qurucu lider olmaqla yanaşı, həm də son beş əsrdə ilk dəfə olaraq torpaqlarımızı işğaldan azad edən böyük sərkərdədir.

Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, keçmiş məcburi köçkünlər öz evlərinə qayıdırlar. 

Bütün bunların müəllifi Ulu Öndər Heydər Əliyevin ideyalarını reallığa çevirən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevdir. 

Sonra sakinlər onları narahat edən məsələlər barədə müraciətlərini etmişlər.

Kənd sakinləri elektrik dayaqlarının dəyişdirilməsi, işlə təmin olunma, internet xəttinin çəkilməsi, içməli su təchizatının yaxşılaşdırılması, ərazidən məişət tullantılarının daşınmasının təşkil edilməsi və digər məsələlər ilə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər