Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Alaxançallı kəndində vətəndaşların səyyar qəbulu keçirilib

29 noyabr 2023 | 17:38

Noyabrın 29-da rayonun Alaxançallı kənd sakinləri ilə keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov səyyar qəbulların noyabr ayı üçün təsdiq olmuş cədvələ uyğun olaraq bu gün Alaxançallı kənd sakinləri ilə görüşün keçirildiyini bildirdi. Qeyd etmişdir ki, qəbulların keçirilməsində məqsəd sakinləri narahat edən məsələləri yerində öyrənmək və rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

V.Məmmədov  Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlər nəticəsində 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəaların təmin etdiyinindən danışıb, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edildiyini bildirib. Ölkə rəhbərinin oktyabın 15-də terrorçulardan təmizlənmiş ərazilərdə - Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycanın Dövlət Bayrağını dalğalandırmasından danışıb və Ali Baş Komandanın Xankəndi şəhərindəki çıxışından bu sözləri xatırladıb: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”

Daha sonra ölkəmizdə həyata keçirilən iri miqyaslı layihələrdən, dövlət başçısının diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonda aparılan tikinti, quruculuq və abadlıq işlərindən danışılıb.

Sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinləri kənddə tibb məntəqəsinin tikilməsi və ixtisaslı həkimlə təmin edilməsi, odun yanacağı ilə təmin olunmasına kömək, kəndə internetin xəttinin çəkilməsi, kənddaxili yolların və su keçidinin əsaslı təmir olunması, ərazidə elektrik dayaqlarının dəyişdirilməsi və digər şəxsi məsələlər barədə müraciətlər etmişlər.

Qaldırılan məsələlərin bir neçəsi yerində həll olunub, digərləri nəzarətə götürülüb, icrası ilə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Kənd sakinləri yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər