Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Daşkəsən rayonunda vətəndaşları qəbul etmişdir

29 aprel 2015 | 15:00

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Daşkəsən rayonunda vətəndaşları qəbul etmişdir

29 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general polkovnik Kəmaləddin Heydərov Daşkəsən şəhərində Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 193, digər məsələlərlə bağlı müraciət etmiş 98 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur

Keçidlər