Daşkəsəndə koronavirus pandemiyasına qarşı hərtərəfli mübarizə tədbirləri həyata keçirilir
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Daşkəsən rayonunda sanitar-epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
Daşkəsən şəhərinin küçə və prospektlərində, ictimai iaşə və ticarət obyektlərində, yaşayış və inzibati binalarda mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Sakinlərin qoruyucu vasitələrdən istifadə etməsi yoxlanılır.
Ehtiyacı olan vətəndaşlara tibbi maska və əlcək paylanılıb. Rayon ərazisində infeksiyadan qorunmaq üçün tələblərə ciddi əməl olunması, sosial məsafənin saxlanılmasının vacibliyini vurğulanıb. Sakinlərin vaxtaşırı həkim müayinəsindən keçirilməsi tövsiyə olunub.
Hazırda rayonda koronavirus infeksiyasına qarşı gündəlik dezinfeksiya işləri aparılır, əhalinin sağlamlığının qorunması, virus infeksiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xüsusi karantin rejiminə əməl edilməklə vətəndaşlara çağırışlar edilir.