Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan Ordusu 21-ci əsrdə müharibə aparmağın nümunəsini ortaya qoydu.

21 oktyabr 2020 | 16:00

“Şanlı ordumuz indi həm tarix yazır, həm də minimal canlı itkilərlə qalibiyyətli müharibə aparmağın misilsiz örnəyini yaradır. Bunu təkcə biz söyləmirik. Dünyanın hərbi “beyin mərkəzləri” də silahlı qüvvələrimizin bu təcrübəsindən az qala şoka düşüblər. Aparıcı dövlətlərin baş qərargahları Azərbaycan nümunəsini tədqiq etməyə girişiblər.” Rusiyalı aparıcı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotchenko belə deyib.
“Əminliklə söyləyə bilərəm ki, döyüş əməliyyatları zamanı müasir silahlardan - pilotsuz təyyarələrdən, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhv etmə vasitələrindən bu miqyasda istifadə olunması dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir. Bir ordunun başqa bir ordu ilə döyüşdə bu qədər yüksək dəqiqlikli silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi”, - deyə Korotçenko qeyd edib.
Onun sözlərinə görə, hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilkdir: “Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə etməyib. Bu tip qarşıdurmalarda PUA-lar mübahisəsiz-filansız öz üstünlüyünü sübut etdi. Bura Azərbaycan ordusunun düşmənin hava hücumundan müdafiə qüvvələrini və vasitələrini ləğv etmək, ardınca onun zirehli maşınlarını, yüksək səviyyədə qorunan hədəflərini və canlı qüvvəni sıradan çıxarmaq üçün pilotsuz təyyarələrdən kütləvi istifadəsinə yönəlik taktikası da əlavə edilməlidir”.
Hərbi analitikə görə, yüksək dəqiqlikli silahların istifadəsi mülki itkiləri də minimuma endirir. “Bu baxımdan Azərbaycan həm hərbi uğurlar qazandı, həm də Dağlıq Qarabağda yaşayan mülki şəxslərin həyatını qoruyub saxladı. O səbəbə düşünürəm ki, döyüş əməliyyatlarının aparılması taktikası sahəsində bundan sonra ciddi dəyişikliklər olacaq. Şübhəsiz ki, Azərbaycan Ordusunun təcrübəsi ətraflı öyrəniləcək”, - deyə o əlavə edib.
İndi şərti məhz Azərbaycan tərəfi diktə edir. Onu Prezident İlham Əliyev dəfələrlə bəyan edib: işğalçı qoşunlar nə qədər gec deyil, qeyd-şərtsiz yerdə qalan torpaqlarımızdan da çıxmalı, İrəvan ərazilərin boşaldılması üzrə vasitəçilərin zəmanəti ilə konkret qrafik təqdim etməlidir. Əks halda, Azərbaycan Ordusu onsuz da gəlir və heç bir qrafikə ehtiyac qalmaya bilər.

Keçidlər