Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Prezident İlham Əliyev Azərbaycan Ordusunun Zəngilan şəhərini və daha 24 kəndi azad etdiyini bildirdi

20 oktyabr 2020 | 16:00

Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad edib.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib.
İ.Əliyev müraciətində yeni azad edilən məntəqələri də elan edib:
“Füzuli rayonunun altı kəndi - Dördçinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun yeddi - Sarafşa, Həsənqaydı, Fuğanlı, İmanbağı, Daşveysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun beş – Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (keçmiş Noraşen), Vəng kəndləri, Zəngilan rayonunun altı kəndi – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunub”
Dövlət başçısı Vəng kəndinin adının dəyişdirildiyini də elan edib:
“Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılacaq”.

Keçidlər