Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə xalqı təbrik edib

18 oktyabr 2020 | 16:00

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabından Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”.

Keçidlər