Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Tezliklə işğal altında olan bütün torpaqlarımız azad ediləcək və həmin torpaqlarda kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq

18 oktyabr 2020 | 16:00

Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunması yolunda qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində atılan addımlar prinsipial xarakter daşıyır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində öz qətiyyətli mövqeyini bir daha beynəlxalq birliyin diqqətinə çatdırıb.
İşğalçı Ermənistan tərəfindən Moskvada razılaşdırılmış humanitar atəşkəs faktiki olaraq pozulub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, atəşkəs real həyatda baş vermədi. Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir. Digər tərəfdən isə humanitar atəşkəs sülh demək deyil. Bu atəşkəs o məqsədlə edilir ki, tərəflər öz hərbçilərinin cəsədlərini döyüş meydanından çıxarsın, həm də əsirlər dəyişdirilsin. Millət vəkilinin sözlərinə görə, əslində Moskva görüşü Azərbaycanın diplomatik uğuru sayıla bilər: “Çünki Paşinyan hakimiyyəti danışıqların formatını və baza prinsiplərini inkar etmək yolunu tutmuşdu. Həmin razılaşmada isə Ermənistan həm baza prinsiplərini, həm də danışıqların qüvvədə olan formatını qəbul etmiş oldu. Bununla belə, erməni xisləti hər kəsə məlumdur. Humanitar atəşkəs razılığından dərhal sonra erməni tərəfi mövqelərimizə hücum etdi, Gəncə şəhərini isə raket atəşinə tutdu. Bu, açıq şəkildə, bəşəriyyətə və insanlığa qarşı meydan oxumaqdır, əsl vandalizmdir. Əlbəttə ki, Azərbaycan Ordusu ermənilərin bu cinayətini cavabsız qoymur və bundan sonra da qoymayacaq. Ordumuz doğma torpaqlarımızı işğaldan azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz”.
Dövlətimizin başçısı müsahibəsində bir daha Türkiyənin regiondakı rolunu xüsusi vurğulayıb: “Təbii ki, Türkiyə böyük dövlət kimi bölgədə söz sahibidir. Qərb dövlətləri bunu qəbul etmək istəməsələr də, Türkiyənin bölgədə atran rolunu inkar etmək mümkün deyil. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin fəal iştirakı reallıqdır. Digər tərəfdən, Türkiyə bir çox ölkələrdən fərqli olaraq bu məsələdə ədalətin tərəfindədir. Ədalətli tərəf isə Azərbaycandır. Türkiyə Qarabağ mövzusunda daim Azərbaycanın yanındadır. Azərbaycan xalqı bu dəstəyə görə Türkiyəyə minnətdardır. Yeri gəlmişkən, bu gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ATƏT-in Minsk qrupunun geniş formatda toplantısı keçirilməli və həmsədrlər hesabat verməldirlər. Bu, diplomatik baxımdan çox doğru bir təşəbbüsdür. Çünki vasitəçiliyi, yalnız həmsədrlər inhisara ala bilməz. Zatən həmsədrlər münaqişənin ədalətli həlli üçün heç bir addım atmayıblar”.
Tezliklə işğal altında olan bütün torpaqlarımız azad ediləcək və həmin torpaqlarda kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq: “Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaq. İnşallah, həmin gün tezliklə gələcək!”.

Keçidlər