Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Bayan kəndində vətəndaşların səyyar qəbulu keçirilmişdir

23 aprel 2015 | 15:00

Daşkəsən rayonunun Bayan kəndində vətəndaşların səyyar qəbulu keçirilmişdir

Bu gün Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Bayan İnzibati Ərazi Üzrə Nümayəndəliyində kənd sakinlərinin səyyar qəbulu keçirilmişdir.Vətəndaşların səyyar qəbulunu giriş sözü ilə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev açaraq bildirmişdir ki, ulu öndər Heydər Əliyevin uzun illərə hesablanmış siyasətinin təntənəsidir ki, ölkəmiz dinamik sürətlə inkişaf edir, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bir-birindən dəyərli islahatlar aparılır, uğurlu Dövlət Proqramları həyata keçirilir. Müstəqil Azərbaycan Respublikası enerji daşıyıcıları vasitəsilə bir sıra Avropa dövlətlərinə, qonşu ölkələrə dostluq, qardaşlıq qayğısı göstərir. Deyilənlərin nəticəsidir ki, Azərbaycan dövləti beynəlxalq aləmdə özünü inkişaf etmiş, sabit bir ölkə kimi tanıtmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkəmizdə uğurla icra olunmaqdadır. Ölkə rəhbəri cənab İlham Əliyev hər bir Azərbaycan Respublikasının vətəndaşının Prezidenti olduğunu əməli işləri ilə sübut etmişdir. Digər bölgələr kimi Daşkəsən rayonuna möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı özünü əyani şəkildə təsdiq edir. Hazırda rayonumuzun ən ucqar kəndlərində yolların və körpülərin əsaslı tikintisi aparılır, məktəblər, sosial obyektlər tikilir, infrastruktur yenidən qurulur. Dünyanın ən zəngin yataqlarından hesab olunan Çovdar qızıl mədəninin işə düşməsi rayonda işsizlik problemini əhəmiyyətli dərəcədə azaldacaq.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev sakinlər qarşısında ölkəmizdə və rayonumuzda aparılan irimiqyaslı layihələrdən geniş məruzə edərək vurğuladı ki, biz bu cür səyyar qəbulları tərtib olunmuş qrafik üzrə rayonumuzun bütün yaşayış məntəqələrində keçiririk. Bütün xidmət təşkilatları sizinlə görüşə gəlmişdir. Kənd ərazisində olan mövcud problemlər və çatışmazlıqlarla bağlı sizin sözünüzü, təkliflərinizi, istək və arzularınızı eşitmək üçün gəlmişik.
Səyyar qəbulda Bayan kəndinin İƏDÜN-si Etibar Alıyev Bayan kəndi haqqında səyyar qəbul iştirakçılarına məlumat verdikdən sonra Daşkəsən Rayon Hakimiyyəti Başçısının səyyar qəbul üzrə xidmət nümunəsini yüksək qiymətləndirərək möhtərəm Prezidentimizə, qəbulda iştirak edən Prezident Administrsiyasının məsul işçisi Arif Novruzova, Daşkəsən Rayon Hakimiyyətinın  Başçısı Əhəd Abıyevə kənd sakinləri adından minnətdarlığını və razılığını bildirdi.
Digər çıxış edənlər kənd tam orta məktəbinin əsaslı təmirini, kənd ərasizindəki elektrik dirəklərində və naqillərində mövcud problemləri, 1937-ci ildə kənddə inşa olunmuş körpünün təmirini, kənd tam orta məktəbinin ərazisinin yaşıllaşdırılmasını, kəndə təbii qaz xəttinin çəkilməsini, uzun illərdən bəri istismar olunan mədəniyyət evinin əsaslı təmirini gündəmə gətirdilər.
Daşkəsən Rayon Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev səyyar qəbulda qaldırılan problemlər, çatışmazlıqlar və təkliflərlə bağlı vətəndaşlar qarşısında aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verdi, kənd sakinlərini əmin etdi ki, qaldırılan məsələlər yaxın vaxtlarda həllini tapacaq, aidiyyəti üzrə müvafiq ünvanlara müraciətlər olunacaqdır.
Səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrsiyasının məsul işçisi Arif Novruzov iştirak və çıxış etmişdir.

Vüqar Məmmədov

Keçidlər