Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Prezident İlham Əliyev: “Füzuli işğaldan azad olundu”

18 oktyabr 2020 | 16:00

Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib. İ.Əliyev müraciətində yeni azad edilən məntəqələri də elan edib.
Belə ki, Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
“30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Tanınmış hərbi ekspertlər Füzulini işğaldan azad etməyə aylarla vaxt lazım olduğunu deyirdi. Ancaq müzəffər Azərbaycan ordusu bu şərəfli missiyanın öhdəsindən gəldi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu.
Təssüf ki, Füzulidən əsər-əlamət qalmayıb. 30 il ərzində Füzuli çaqqalların, yırtıcı vəhşilərin əlində idi. Bütün binalarımız, məscidlərimiz sökülüb, evlər sökülüb. Sanki 30 il bu şəhəri vəhşi bir qəbilə zəbt edib.
Füzuli şəhərinin qalıqları erməni faşizminin şahididir. Biz Füzulini yenidən abadlaşdırıb, o kəndlərə qayıdacağıq. Biz öz torpaqlarımızı yenidən abad, müasir şəhərə çevirəcəyik. Bu torpaqlara yenidən həyat qayıdacaq”.

Keçidlər