Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində növbəti kütləvi ağacəkmə aksiyası keçirilmişdir

10 aprel 2015 | 15:00

 

Daşkəsən rayonunda  “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində növbəti kütləvi ağacəkmə aksiyası keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın layihəsi əsasında I “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində Daşkəsən rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bütün ərazisini əhatə edən ağacəkmə kompaniyası ruh yüksəkliyi ilə davam etdirilir.
10 aprel 2015-ci il tarixdə I “Ümumrespublika Yaşıllaşdırma Marafonu”na birincilər sırasında qoşulan Daşkəsən rayonunda növbəti kütləvi ağacəkmə aksiyası keçirilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin iştirakı ilə Daşkəsən rayonunun girişində, Bayraq meydanı ərazisində və Gəncə-Daşkəsən avtomobil yolunun kənarlarında müxtəlif növ min ədəd ağac əkilib. Aksiyaya rayon İcra Hakimiyyəti başçısı Aparatının  əməkdaşları, ziyalılar, rayonun idarə, müəssisə və təşkilat kollektivləri, ictimaiyyət nümayəndləri, həmçinin sakinlər  qatılıb.
Tədbir iştirakçıları fəallıq göstəriblər. Əkilmiş ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunub. Əkilən yeni ağaclara mütəmadi olaraq qulluq edilməsi qərara alınıb, onların qorunması üçün mühafizə  zolaqları çəkilib.
Rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlərin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, bu ağacəkmə aksiyalarının keçirilməsində əsas məqsəd ərazidə yaşıllıq zolaqlarını bərpa etmək, ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsinə, buradakı mövcud torpaq qatının münbitləşdirməsinə töhfə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev xüsusilə vurğulayıb ki, getdikcə vüsət alan bu işlər sayəsində rayonumuzun ərazisi ən abad və yaşıllıqlarla zəngin rayona çevrilməkdədir; ümumiyyətlə, Daşkəsən rayonuna yay aylarında istirahətə gələnlərin sayının çox olmasına görə də ərazidə yaşıllaşdırma işlərinin aparılması böyük əhəmiyyət kəsb edir.
Aksiya çərçivəsində əkin üçün ayrılan sahələr əvvəlcədən yararlı vəziyyətə gətirilib. Sakinlər tərəfindən razılıqla qarşılanan bu aksiyalar zamanı Daşkəsən rayonunun park və bağlarında, yaşayış massivlərində, küçə və meydanlarda, magistral yollarda, xüsusilə yeni asfaltlanmış yollar boyunca, qəsəbə və kəndlərdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin ərazilərində müxtəlif növ ağac və gül kolları əkilir, yeni yaşıllıqlar salınır.
Marafon çərçivəsində rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün xüsusi təyin olunan sahələrdə ərazinin relyefi nəzərə alınaraq bu günə qədər ümumilikdə müxtəlif növ 4000-dək ağac əkilmişdir və marafon çərçivəsində 6 mindən çox ağacın əkilməsi nəzərdə tutulur. Daşkəsən rayonunda yaşıllıqların sayının artırılması istiqamətində keçirilən ağacəkmə kompaniyası davam edir.

Keçidlər