YAP Daşkəsən rayon təşkilatı idarə heyətinin yığıncağı keçirilmişdir
YAP Daşkəsən rayon təşkilatı idarə heyətinin yığıncağı keçirilmişdir
Bu gün YAP Daşkəsən rayon təşkilatı idarə heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda ərazi ilk partiya təşkilatlarının sədrləri, bütün yaşayış məntəqələrindən olan partiya fəalları iştirak etmişlər.
Yığıncaqda iki mühüm məsələ müzakirə edilmişdir. Birinci məsələ rayon ərazisində ədəbiyaşar ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə hazırlıqla bağlı tədbirlər planın təsdiqi, ikinci məsələ isə 2015-ci ilin payızında keçiriləcək Parlament seçkilərinə hazırlıqla bağlı YAP Daşkəsən rayon təşkilatının qarşıda duran vəzifələr olmuşdur.
Müzakirə olunacaq məsələlər ətrafında YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev geniş məruzə ilə çıxış etmişdir.
Məruzəçi bildirmişdir ki, ədəbiyaşar ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı və qurucusudur. Məhz onun yüz illərə hesablanmış daxili və xarici siyasətinin uzaqgörənliyinin nəticəsidir ki, Azərbaycan qardaş qırğınından, daxili və xarici düşmənlərin qərəzli müdaxilələrindən xilas oldu, sürətli inkişaf yoluna qədəm qoydu.
Bu gun doğum gününə ümumxalq bayramı kimi, böyük xalq sevgisi ilə hazırlaşdığımız ulu öndərimiz özünün bütün həyat yolunu, fəaliyyətini məhz Azərbaycana, Azərbaycan dövlətçiliyinə, bütövlükdə xalqımıza həsr etmişdir. Təsadüfi deyil ki, xalqın israrlı tələb və təkidlərindən sonra ikinci dəfə hakimiyyət kürsüsünə qayıdan ulu öndərimiz çox qısa bir zaman kəsiyində danılması qeyri-mümkün olan tarixi addımlar atdı. Məhz Onun uzaqgörən siyasətinin, müdrik qərarlarının, tarixi sərəncamlarının və çevik siyasətinin nəticəsində Azərbaycan üzləşə biləcəyi bəlalardan xilas oldu. Öz müstəqilliyini əbədi və dönməz etdi.
Ulu öndərimizin layiqli davamçısı möhtərəm cənab Prezidentimiz İlham Əliyev bu gün beynəlxalq aləmdə bu siyasəti uğurla, dövrün və zamanın tələblərinə uyğun yaradıcılıqla davam etdirir. İndi Azərbaycan müstəqil, demokratik bir ölkə kimi beynəlxalq aləmdə ən böyük tribunalardan söz demək səlahiyyətindədir.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev ikinci məsələ ətrafında da yığıncaq iştirakçılarına Parlament seçkiləri ilə bağlı partiya təşkilatının qarşısında duran vəzifələrə dair geniş məlumat verərək öz tapşırıq və tövsiyələrini çatdırdı. Qeyd etdi ki, Azərbaycanda seçki qanunvericiliyinin demokratik prinsiplərinin təmin olunmasında böyük və geniş imkanlar mövcuddur. İndi Azərbaycan Respublikasının seçkilərlə bağlı topladığı müsbət təcrübə həm daxildə, həm də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilir.
Şəffaflığın, demokratik şəraitin yaradılmasından, seçicilər arasında aparılan məqsədyönlü maariflənmə işlərindən danışan YAP Daşkəsən rayon təşkilatının sədri onu da bildirmişdir ki, indi Azərbaycanda seçkilərin demokratik standartlara uyğun keçirilməsini heç bir qüvvə inkar edə bilməz. Ona görə ki, ölkəmiz həm regionda, həm də beynəlxalq aləmdə sabitliyi, yüksək templi inkişafı, demokratikliyi və şəffaflığı ilə tanınır. Aydındır ki, Azərbaycanın bu cür beynəlxalq aləmdə tanınması üçün möhtərəm Prezidentimizin ətrafında birləşən YAP fəallarının da böyük rolu vardır. YAP üzvləri həmişə olduğu kimi bu siyasi kompaniyada da özlərinin fəallıqları və təşəbbüskarlıqları ilə seçiləcəklər.
Məruzə ətrafında hər iki məsələ ilə bağlı YAP Daşkəsən rayon təşkilatının sədr müavini Müşviq Hüseynov, Əmirvar, Dəstəfur ərazi ilk partiya təşkilatlarının sədrləri Rüfət Bədəlov və Lalə Cəfərova çıxış etmişlər.
Yığıncaqda həmçinin dörd ərazi ilk partiya təşkilatları sədrlərinin məlumatları dinlənilmişdir.
Yığıncaq müzakirə olunan məsələlər dair müvafiq qərar qəbul etmişdir.
Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü