Gəncə qətliamı dünya mətbuatında
Çinin „news.cgtn.com“ saytı Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadən yazır ki, erməni tərəfinin açdığı atəş nəticəsində Gəncə şəhərində 7 nəfər ölüb, 33 nəfər isə yaralanıb. (Türkiyə televiziyaları da ölənlərin sayının 7 nəfər olduğunu qeyd edir).
Səudiyyə Ərəbistanına məxsus “arab.news” saytı da Gəncədə baş verən fəlakət barədə məlumat yayıb. Onlar da ölənlərin sayının 7 nəfər olduğunu qeyd edirlər. Səudiyyənin öncül mətbuat orqanı bu xəbəri Azərbaycan Xarici İşlər Nazirliyinin ”Twitter” səhifəsinə istinadən yayıb.
Dünyaca ünlü “Aljazeera.com” saytı da Gəncədə baş vermiş olay barədə geniş auditoriyaya məlumat verib. Vurğulanır ki, Gəncəyə atəşin Ermənistan ərazisindən atıldığı Azərbaycan rəsmiləri tərəfindən xüsusi qeyd olunur.
Hindistanın “Times of İndia” qəzeti, Rusiyanın “TASS” (ingilisdilli bölümü də) agentliyi, “Reuters” agentliyi, ABŞ-ın “usnews.com”, İtaliyanın "Agenzia Nova" xəbər agentliyi kimi media orqanları da Gəncə hadisələri haqqında xəbərlər yayıb. Tezliklə bu xəbərin dünyanın daha çox gündəminə oturacağı gözlənilir.