Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Rusiya Prezidenti: Döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır

08 oktyabr 2020 | 16:00

Məlumdur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, bu müqavilə çərçivəsində bizim Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var. Lakin biz çox təəssüflənirik ki, döyüş əməliyyatları indiyədək davam edir, bu əməliyyatlar Ermənistan ərazisində aparılmır.
Rusiya Prezidenti Vladimir Putin bu barədə “Rossiya-1” telekanalına müsahibəsində bildirib. Rusiya Prezidenti Dağlıq Qarabağ ətrafındakı son hadisələri necə dəyərləndirir sualının cavabında deyib: “Bu, faciədir, biz çox narahatıq. Azərbaycan da, Ermənistan da, Dağlıq Qarabağ da - bütün bu ərazilərdə yaşayan insanlar bizə yad deyillər. Bunu demək kifayətdir ki, bizim hesablamalara görə bizdə, Rusiyada təqribən 2 milyon azərbaycanlı və 2 milyondan çox erməni yaşayır. Rusiyanın çoxsaylı vətəndaşları hər iki respublika ilə sıx dostluq və hətta qohumluq əlaqələri saxlayır.
Əlbəttə, bu, böyük faciədir. İnsanlar həlak olur, hər iki tərəf böyük itkilər verir. Biz ümid edirik ki, ən yaxın zamanda bu münaqişə dayandırılacaq. Lakin əgər münaqişə tamamilə başa çatmasa, - hər şeydən görünür ki, bu, hələ tezliklə olmayacaq, - hər halda biz atəşkəsə çağırırıq, bunu bir daha demək istəyirəm, çağırırıq. Özü də bunu mümkün qədər tezliklə etmək lazımdır”.
Rusiya lideri xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu müqavilə çərçivəsində Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var.
Prezident Vladimir Putin deyib: “Lakin biz çox təəssüflənirik ki, döyüş əməliyyatları indiyədək davam edir, bu əməliyyatlar Ermənistan ərazisində aparılmır. Rusiyanın bu müqavilə çərçivəsində öz öhdəliklərini yerinə yetirməsinə gəldikdə isə, biz öz öhdəliklərimizi həmişə yerinə yetirmişik, yetiririk və yetirəcəyik. Bildiyiniz kimi, mən Ermənistanın baş naziri ilə daim canlı əlaqə saxlayıram, Rusiyanın öz müttəfiqlik öhdəliklərini nə dərəcədə yerinə yetirməsi ilə əlaqədar Ermənistan rəhbərliyinin heç bir sualı yoxdur”.

Keçidlər