Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayon əhalisinin tibbi müayinəsi yüksək səviyyədə icra olunur

06 mart 2015 | 16:00

 

Daşkəsən rayon əhalisinin tibbi müayinəsi yüksək səviyyədə icra olunur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci ilin fevral ayının 2-dən Daşkəsən rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış və bu gün də uğurla davam etdirilir.

Bununla əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin göstərişi əsasında aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaratdılmış, rayonda həyata keçiriləcək tibbi müayinənin kollektivlər və ərazilər də nəzərə almaqla xüsusi qrafik əsasında icrası təmin edilməkdədir.
Daşkəsəndə bu aksiyanın yüksək səviyyədə həyata keçirilməsi üçün Rayon Mərkəzi Xəstəxanası müəyyənləşdirilib və lazımi tibbi avadanlıq və preparatlarla təmin olunub. Tərtib olunmuş qrafik əsasında rayonun 34 min çox əhalisi və burada məskunlaşan məcburi köçkünlər və qaçqınlar tibbi müayinədən keçirilirlər.
Fevralın 2-dən bu günədək 9483 nəfər müayinə olunub. Müayinə zamanı 387 nəfərə ambulator və 104 nəfərə isə stasionar müalicə təyin edilib, 6 nəfər Bakı şəhərinə müvafiq xəstəxanalara göndərilib. Bu günədək rayon ərazisində fəaliyyət göstərən 142 idarə, müəssisə və təşkilat müayinədən keçmişdir.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev  məlumat verdi ki, Xəstəxana  2011-cü ildə inşa edilərək müasir avadanlıqlarla təchiz olunub.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün Xəstəxananın bütün şöbələri tam hazır vəziyyətə gətirilib. Əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə gəlməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə,uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Daşkəsən şəhər sakini Elmar Akif oğlu Həsənov xəstəxananın  tibbi  heyətindən, burada yaradılan şəraitdən razılığını bildirərək dövlət başçısının bu təşəbbüsünün təqdirə layiq olduğunu xüsusi vurğuladı.

Bayan kənd sakini  Elşən Etibar oğlu Alıyev bildirdi ki, bütün tibbi müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk.

Bir sözlə, Daşkəsən rayon sakinləri xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə ölkə başçısı, Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.


Vüqar Məmmədov

Keçidlər