Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti yanında yaradılacaq İctimai Şuranın üzvlüyünə vətəndaş cəmiyyəti institutları tərəfindən namizədlərin irəli sürülməsi ilə bağlı ELAN

23 sentyabr 2020 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şurada üzvlüyə namizədlərə dair tələblər və onların qeydiyyatı qaydası

     “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 saylı qərarına əsasən İctimai Şuralara Seçkilərin təşkili məqsədilə “Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın seçki komissiyanın yaradılması haqqında”  Daşkəsən RİH başçısının 22 sentyabr 2020-ci il tarixli nömrəli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Seçki Komissiyası yaradılmışdır.
İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, yerli icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuraya münasibətdə isə müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı ictimai şuranın üzvü ola bilər.
İctimai şura vətəndaş cəmiyyəti institutları tərəfindən seçiləcək. Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Bununla bağlı vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə, eləcə də 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaş aşağıdakı sənədləri seçki komissiyasına təqdim etməlidir:
1. şəxsiyyət vəsiqəsinin surətini;
2. namizədin tərcümeyi-halını;
3. namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini (tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər).
Namizədlər müvafiq sənədlərini Daşkəsən Rayon İcra Hakimiyyətində seçki komissiyasına həftənin 5 iş günü saat 09:00-dan 18:00-dək 20 oktyabr 2020-ci il tarixinə kimi təqdim edə bilərlər.
Seçki 22 oktyabr 2020-ci il tarixdə saat 16:00-da Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcəkdir.
Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Seçki komissiyası tərəfindən baxılır.
Qeydiyyat üçün elektron formada sənədlər dashkesan_rih@mail.ru elektron poçt ünvanına göndərilməlidir.

Keçidlər