Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 2 fevral Gənclər günü qeyd olunmusdur

02 fevral 2015 | 16:00

 

Daşkəsəndə 2 fevral Gənclər günü qeyd olunmusdur

       2 fevral 2014-cü il tarixdə Daşkəsən şəhər Mədənçilər mədəniyyət evində 2 fevral Azərbaycan Gəncləri gününün 18-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə öz bayramlarlarının qeyd olunması mərasiminə şəhər mərkəzində ucaldılmış əbədiyaşar ulu öndərimizin abidə kompleksi önünə tər gül-çiçək dəstələri qoymaqla başladılar. Tədbirə rayonun bütün yaşayış məntəqələrini əhatə etməklə  gənclər dəvət olunmuşdular.
Gənclər günü  münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin və YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin ümumrayon tədbirində Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev toplantını açıq elan edərək bildirdi ki, gənclər bizim gələcəyimizdir. Biz onların inkişafı, vətənpərvərlik tərbiyəsinin formalaşdırılması, istedadlı gənclərin aşkara çıxarılması gənclərin vahid ideologiya ətrafında birləşdirilməsi üçün ulu öndərimizin siyasətinə sadiq qalaraq daim düşünür, hər yerdə gənclərə yaşıl işıq yandırırıq. Öz hərtərəfli fəaliyyəti ilə seçilən Gənclər və İdman Nazirliyi də məhz bu məqsədlə ulu öndərimizin böyük uzaqgörənliyi ilə yaradılmışdır.
  İcra Hakimiyyətinin Başçısı daha sonra nitqinə davam edəərk bildirmişdir ki, Azərbaycanın bütün dərdlərinə loğman olan ulu öndərimiz talenin göndərdiyi xilaskar kimi gəncləri də bir təşkilat halında birləşdirərək, müstəqil Azərbaycan üçün vətənpərvər bir nəsil yetişdirmək missiyasını uğurla başa çatdırmışdır. Bu gün Azərbaycan gəncliyi illərdən bəri beynəlxalq aləmdə özünün riyakarlığı, ikiüzlülüyü ilə nüfuz qazana bilmiş erməni lobbisi ilə üz-üzə dayanmışdır.Yetkin Azərbaycan gəncliyi bir çox məqamlarda, ideoloji mübarizələrdə erməni lobbisinin saxtakarlıqlarını, riyakarlığını ifşa edir, onlara tutarlı cavablar verirlər. Müstəqillik dövrünün ilk illərində öz talelərinin ümidinə buraxılan Azərbaycan gəncliyi bu günkü şən həyata və xoş gələcəyə görə ulu öndərimizə daimi borclu və minnətdardır. Məhz əbədiyaşar ulu öndərin təşəbbüsü və sərəncamları ilə 1994-cü ildə Azərbaycan Gənclər və İdman Nazirliyi təşkil edilmişdir. Bu günkü gənclər gününün də yaradıcısı və təşəbbüsçüsü ulu öndər olmuşdur. Məhz onun özünün bilavasitə iştirakı ilə bir neçə dəfə Azərbaycan gənclərinin forumu keçirilmişdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycanın yetirmələri olan, təhsilimizdə, idman sahəsində, istər tibb, elm, mədəniyyət, istər sosial iqtisadi həyatda xalqımızı layiqincə təmsil edən, aktiv fəaliyyət göstərən savadlı, böyük intellektual dünyagörüşünə, dərin biliyə malik olan gənclərimiz vardır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan gəncliyinin ehtiyac və qayğılarının, problemlərinin həlli üçün həmişə maraqlanmış,onlara daim kömək göstərmişdir. Bu gün “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı uğurla icra olunmaqdadır.
Rayon gənclərinə diqqət və qayğını indi də hər birimiz prioritet vəzifə kimi qəbul edirik.Bu gün özünü gənc kimi hiss edən, gənclərlə birgə olan, onların arzuları ilə, qayğıları ilə yaşayan hər birimizin bayramıdır. Bu bayram münasibətilə hamınızı təbrik edir, möhtərəm Prezidentimizin gənclər qarşısında qoyduğu mühüm vəzifələrin uğurla icra edilməsində müəvəffəqiyyətlər arzulayıram.
        Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin geniş məzmunlu giriş nitqindən sonra  Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənovun məruzəsi dinlənildi. Məruzəçi qeyd etdi ki, Müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiya və Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi ilə çox böyük inkişaf yolu keçmişdir.
                   Daşkəsən  rayon Gənclər və İdman  idarəsinin  kollektivi adından 2 fevral  Azərbaycan  gəncləri  gününün  18-ci  ildönümü münasibəti ilə hər bir gənci səmimi qəlbdən təbrik edən S.Həsənov daha sonra qeyd etdi ki, bildiyiniz  kimi XX əsrdə  Azərbaycan xalqının  tərəqqisi və sivil dünyaya qovuşması üçün müstəsna tarixi xidmətlər göstərmiş nəhəng siyasətçi və dövlət xadimi Ümummilli liderimiz Heydər Əliyevin xalqa arxalanan, ondan güc alan fəaliyyətində gəncliyə münasibəti həmişə xüsusi seçilmişdir. Bu böyük insan respublikamızın inkişafını heç vaxt gənclərsiz təsəvvür etməmiş, gəncliyin parlaq zəkasını, qaynar və  tükənməz  enerjisini vətənimizin hərtərəfli yüksəlişinə  səfərbər etmişdir.
          Müstəqil Azərbaycan Dövlətinin gənclər siyasətinin formalaşmasında gənc nəsilin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I forumu xüsusi hadisə oldu.  1996-cı ilin fevralın 2-də açılan forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyanın ilk təntənəsi oldu.
         Bu gün Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Məhz bu səbəbdən BMT-nin İnkişaf Proqramı, UNESCO, Avropa Şurası və BMT Baş Katibliyinin Gənclər üzrə xüsusi elçisinin ofisinin birgə qərarı ilə Gənclər Siyasəti üzrə birinci Qlobal Forum 28 oktyabr 2014-cü il tarixdə Bakıda keçirilmişdir. 13 noyabr 2014-cü il tarxdə Bakı şəhərində Komputer oyunları üzrə VI dünya çempionatı keçirilmlşdir.  2015 ci ildə birinci Avropa Oyunları və 2016-cı ildə Dünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. Bu nəticələr deməyə əsas verir ki Azərbaycan Regionda lider bir döviətddir.     
    «Gənclər Siyasəti Haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Gəncliyi Dövlət Proqramı , Regionların sosial-iqtisadi inkişafı Dövlət  Proqramı, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı Dövlət Proqramı “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasi” si və s. bu kimi qəbul olunmuş mühüm dövlət sənədləri   Azərbaycan gəncləri və idmançıları üçün əvəzsiz töhvələr vermiş, Azərbaycan gəncliyi qarşısında çox böyük imkanlar açmışdır.
     Bildiyiniz kimi respublikamızin hər yerində Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən yerli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Respublikanın hər bir şəhər və rayonunda yüksək səviyyədə quruculuq və abadlıq işləri aparılır.  Hörmətli başçımız cənab  Əhəd Abıyevin rəhbərliyi ilə qısa müddət ərzində rayonda iri miqyaslı quruculuq, abadlıq işləri görülmüş və hazırda da davam etdirilir.  Rayon ərazisində inşa olunmuş orta ümumtəhsil məktəbləri, əsaslı təmir olunan uşaq bağçaları, şəhər küçələrinin asvaltlaşması, kənd yollarının asvatlaşması, dam örtüklərinin dəyişdirilməsi, şəhərdə aparılan abadlıq, quruculuq işləri buna əyani misaldır. 
    Mən xüsusi ilə qeyd etmək istərdim ki, 17 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Respublikanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə rayonumuza tarixi səfər etmiş, Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, müasir avtovağzal binasının, Daşkəsən rayon Gənclərinin Təlim və İstirahət Mərkəzinin açlışında iştirak etmişlər. Təlim və İstirahət Mərkəzinində gənclər üçün hər cür şərait yaradılmışdır.
     Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıya görə müstəqil Azərbaycan Respublikasının gəncləri Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq olmalı və Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməlidirlər.
    Sözün əsl mənasında ulu öndər Heydər Əliyev  ideyalarına, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə hər bir Daşkəsənli gənc öz qəlbində böyük hörmət və məhəbbət gəzdirirlər. Rayonumuza möhtərəm Prezidentimizin xüsusi diqqət və qayğısı, vətənimizə, xalqımıza olan sonsuz sevgisi onu bizim ürəyimizdə  daimi və  əbədi etmişdir. Biz Daşkəsən gəncləri olaraq möhtərəm Prezidentimiz  Cənab İlham Əliyevi  Azərbaycan Respublikasının daimi lideri, ömürlük  Prezidenti  görmək istəyirik.
        Azərbaycan Respublikasının hər bir bölgəsində olduğu kimi, rayonumuzda da «Gənclər siyasəti haqqında»  Azərbaycan Respublikası Qanununun tələbləri Daşkəsən rayon İcra Hakimiyyətinin  başçısı cənab Əhəd Abıyevin  rəhbərliyi və yaxından köməyi sayəsində  uğurla həyata keçirilir. Məhz belə diqqət və qayğıya görə biz gənclər hörmətli başçımıza  minnətdarıq. 
      Natiq sonra Daşkəsən rayon Gənclər və İdman idarəsinin ötən il ərzində həyata keçirdiyi tədbirlərdən və əldə olunan nailiyyətlərdən söz açmışdır.
          Məruzə ətrafında Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısnın müavini Cavanşir Qocayev, YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Vüqar Məmmədov, orta məktəb şagirdləri  və digərləri çıxış etmiş, Heydər Əliyev ideyalarının Azərbaycanda uğurla həyata keçirilməsi üçün bütün gənclərimizi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx  birləşməyə çağırmışlar.
Tədbirin sonunda rayonun ictimai həyatında, müxtəlif yarışlarda, mədəni-kütləvi tədbirlərdə fərqlənən bir qrup gənclərə Rayon Gənclər və İdman İdarəsi adından qiymətli hədiyyələr  verilmişdir.

Vüqar Məmmədov

Keçidlər