İstismar müddəti bitmiş Metsamor AES region üçün təhlükədir
Metsamor AES region üçün təhlükədir, onun fəaliyyətinin davam etdirilməsinə imkan verilməmlidir. Region ölkələri, beynəlxalq məsələ ilə əlaqədar qəti mövqe bildirməlidir.
Ermənistan və Rusiya 2026-cı ildən sonra Metsamor AES-in ikinci enerji blokunun istismar müddətinin artırılmasını müzakirə edirlər
Erməni mətbuatı yazır ki, 2026-cı ildən sonra ikinci enerji blokunun istismarının əvvəlcə 5, sonra isə daha 10 il müddətinə uzaldılması planlaşdırılır.
Təhlükəsizlik meyarlarına cavab verməyən nüvə reaktorları daim fəlakətlərə səbəb olub. 1979-cu il martın 28-də ABŞ-ın Tri-Meyl-Aylend AES-də baş vermiş qəzanı, 1986-cı ildə baş vermiş Çernobıl qəzasını və 2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş vermiş qəzanı misal göstərmək olar. Bu dəhşətli fəlakət hələ də region ölkələrinə böyük ziyanlar vurmaqdadır.
“Metsamor” AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra, böyük çətinliklə söndürülmüşdü.
Metsamor AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyadan cəmi 500 metrliyindədir. 1988-ci ildə zəlzələ nəticəsində dağılmış Spitak şəhəri Metsamor AES-in cəmi 75 kilometrliyində yerləşir.
Metsamor” AES Ermənistanın Azərbaycan və Gürcüstanla sərhədindən 120, İran sərhədindən 60, Türkiyə sərhədindən isə cəmi 16 kilometr aralıda yerləşir. O, ümumilikdə Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Qara dəniz bölgəsi üçün fəlakətə səbəb ola bilər.
Seysmik təhlükəni anlayan SSRİ rəhbərliyi Spitak zəlzələsindən sonra Metsamor” AES-in fəaliyyəti tamamilə dayandırmışdı. Amma enerji böhranını bəhanə gətirən Ermənistan 1995-ci ildə ikinci bloku yenidən işə salıb.
Köhnə, elementar təhlükəsizlik standartlarına cavab verməyən “Metsamor” AES yalnız region ölkələrini deyil, dünya birliyini də narahat edir (Avropa İttifaqı 2000-ci ildə onun fəaliyyətinin dayandırılması müqabilində Ermənistana 138 milyon avro təklif etsə də, Yerevan məbləğin azlığını əsas gətirərək, təkliflə razılaşmayıb)
Ermənistandakı istismar müddəti başa çatmış Metsamor AES bütün region təhlükə mənbəyidir. 1976-cı ildə tikilən atom-elektrik stansiyası köhnəlib, müasir standartlara cavab vermir və seysmik zonada yerləşir. Onun fəaliyyətinin davam etdirilməsi region üçün ciddi fəsadlar vəd edir.