Ermənistan dövlət səviyyəsində qanunsuz narkotik istehsalı və satışı ilə məşğul olur
Ermənistan dövlət səviyyəsində qanunsuz narkotik istehsalı və satışı ilə məşğul olur, bu məqsədlə işğal altında olan Azərbaycan ərazilərindən istifadə edilir.
PR texnoloq, P-ART PR COMPANY şirkətinin təsisçisi Karen Koçaryan öz facebook səhifəsində yazıb ki, Ermənistan parlamentinin bəzi deputatlarının ABŞ-da qanunsuz marixuana biznesi var. Koçaryan Kaliforniyanın Los-Anceles, Qlendeyl və Berbank şəhərlərinin adlarını çəkib.
2020-ci ilin yazında erməni əsilli amerikalı sahibkar Ruben Mkrtıçyan Ermənistanda çətənə istehsalı və satışı planlarını açıqlayıb. O, bildirib ki, Ermənistanda çətənə leqallaşdırılsa, bu sahəyə 50 milyon dollara yaxın sərmayə qoymağa hazırdır.
İqtisadi böhran şəraitində yaşayan, dünya bazarına çıxarılacaq istehsala malik olmayan Ermənistan qeyri-leqal biznesə - əsasən qiymətli daş qaçaqmalçılığı və narkotik istehsalına üstünlük verir.İşğal altındakı ərazilərdə narkotik əkib-becərən Ermənistan rəhbərliyi indi məhsulu leqallaşdırmağın yollarını axtarır.
Məhz buna görə baş nazirin müavini Tiqran Avinyanın ofisi R. Mkrtıçyanın “biznes layihəsinə” ilkin razılıq verib, çətənə kolları üçün ərazi ayrılıb, əkin sahələrinin mühafizəsi üçün 2019-cu ilin mayında polislə müqavilə imzalanıb.
Məsələ ictimailəşdikdə Paşinyan hökuməti təşvişə düşüb, Tiqran Avinyan və Səhiyyə Nazirliyi hər hansı razılaşmanın olduğunu inkar ediblər, əkilmiş kollar isə məhv olunub.
Karen Koçaryanın açıqlamasından aydın olur ki, Ermənistanda çətənəni leqallaşdırmağa nail olmayan hökumət bu biznesi Amerikada qurmaq qərarına gəlib və bu məsələ Paşinyana yaxın millət vəkillərinə həvalə edilib.
Amerikada biznesin qurulması Paşinyana Ermənistanda leqallaşmaya nail olduqdan sonra artıq hazır biznesi ölkəyə gətirmək və genişləndirmək imkanı verəcək.
Ermənistanın baş naziri Nikol Paşinyanın terrora erməni dəstəyini dövlət səviyyəsində etiraf etməsi ölkədaxili gərginliyi, həmçinin dünya mülki aviasiya sistemində rəsmi İrəvana mənfi münasibəti pik həddə çatdırıb. O, Ermənistanda qeydiyyatda olan mülki təyyarələrin uzun illər hətta Afrika ölkələrində qanunsuz fəaliyyəti, silah və narkotik daşınmasında iştirakını bəyan edib: “Keçmiş vəzifəli şəxslər var ki, onların fəaliyyəti ilə bağlı hazırda cinayət işi açılıb. Onların cinayətkar səhlənkarlığına görə, uzun illər Ermənistan qeydiyyatlı təyyarələr Afrikada qanunsuz fəaliyyətdə, silah satışında iştirak edib. Bəli, mülki aviasiya sahəsində problemlərimiz var, aviaşirkətlərimiz Avropaya uçuşlar etmək hüququndan məhrum edilib və manipulyasiya edənlər bunu boş yerə edirlər”.