Daşkəsən RİH-i başçısının Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi 2014 –cü ildə gördüyü işlərə dair hesabat vermişdir
Daşkəsən RİH-i başçısının Şəhər inzibati ərazi dairəsi üzrə
nümayəndəsi 2014 –cü ildə gördüyü işlərə dair hesabat vermişdir
Bu gün Daşkəsən RİH-i başçısının Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014 –cü ildə gördüyü işlərə dair hesabatı keçirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin rəhbərliyi ilə keçirilən hesabatda rayonunun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri, İƏDÜ nümayəndələr və rayon sakinləri iştirak etmişlər.
Daşkəsən şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Nüsrət Vəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, 2014-cü il Azərbaycan üçün uğurlu il olub. Prezident İlham Əliyevin yürütdüyü siyasi kurs sayəsində ötən il ölkəmizin ictimai – sosial – iqtisadi həyatında bir sıra ciddi irəliləyişlərə nail olunub. Dövlət başçısının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına təbrikində qeyd etdiyi kimi keçən il dünyada gərginlik içində keçsə də, Azərbəycan öz sürətli inkişaf tempini saxlaya bilib. Ölkəmizin təhlükəsizliyi təmin edilib, iqtisadi və sosial proqramlar icra olunub. Qeyd edim ki, Ölkə Prezidentinin yürütdüyü bu kursun əsas hədəfi dayanıqlı iqtisadiyyata söykənən milli sosial – iqtisadi modeldir. Bu modelin əsas hədəfi isə dünya iqtisadiyyatına inteyrasiya və Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsidir. Azərbaycanın dinamik inkişafı göz önündədir. Bu siyasət nəticəsində Azərbaycan özünün ərzaq və enerji təhlükəsizliyini təmin etməklə siyasi və iqtisadi müstəqilliyinə nail ola bilib. Bu baxımdan, ötən il ölkəmizin inkişafı üçün atılan uğurlu addımlarla zəngin olub. 2014-cü il Azərbaycan iqtisadiyyatının diversifikasiyası istiqamətində görülən işlərlə yadda qalıb. Cənab Prezident öz çıxışlarında daim bunu bir prioritet kimi vurğulayır. Neft gəlirlərini qeyri – neft sektoruna yönəltmək və burada əhəmiyyətli nəticələr əldə etmək əsas hədəf olaraq götürülür. Ölkənin iqtisadi inkişafının ən böyük məqsədlərindən biri sənayenin inkişafına nail olmaqdır. Bu baxımdan, dövlət başçısı tərəfindən 2014-cü ilin «Sənaye ili» elan edilməsi həm də iqtisadiyyatın diversifikasiyası baxımından əhəmiyyətli oldu. Rəsmi açıqlamalara görə, keçən il Azərbaycanda 230-dan çox sənaye müəssisəsi yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Həmin iclasda 2014-cü ildə görülmüş işlərə yekun vurularaq 2015-ci ildə görüləcək işlər haqqında fikir mübadiləsi aparıldı və Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2015-ci il üçün proqram xarakterli göstərişlər verildi.Bu göstərişlər bizim gündəlik fəaliyyətimizin aparıcı sənədi olacaqdır.
17 oktyabr 2014-cü il tarixdə Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı hörmətli Əhəd Mikayıl oğlu Abıyevin dəvəti ilə ölkə rəhbəri Cənab İlham Əliyev və onun xanımı Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rayonumuza səfəri hamımızı hədsiz sevindirdi. Hörmətli Prezidentimiz cənab İlham Əliyev və onun xanımı öz gəlişləri ilə sanki Daşkəsənimizi nura, işığa qərq etdilər. İstifadəyə veriləcək obyektlərin açılışını etdilər, rayonumuzun gələcəkdə daha da inkişaf etdirilməsi üçün öz tövsiyələrini verdilər.
Bu səfərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya Daşkəsən şəhər sakinləri adından böyük minnətdarlığımızı bildiririk.
2014-cü ildə Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ərazisində abadlıq və quruculuq işləri də geniş miqyas almışdır.
Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin təşəbbüsü ilə Daşkəsən rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi Daşkəsən şəhərinin mərkəzində müasir tələblərə cavab verməklə tikilmiş və yeni avadanlıqlarla təmin olunaraq istifadəyə verilmişdir.
Heydər Əliyev mərkəzində tamamilə yenidənqurma işləri aparılaraq müasir tələblər səviyyəsinə gətirilərək istifadəyə verilmişdir.
Hər iki obyektin istifadəyə verilməsi şəhərin mərkəzinə xüsusi gözəllik bəxş etmişdir.
Heydər Əliyev prospektində maşınların və sakinlərin təhlükəsizliyini nəzərə alıb rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə Daşkəsən şəhərinin girəcəyində Daşkəsən şəhər avtovağzalının müasir qaydada tikintisi başa çatdırılmış, yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılmışdır. Bu tikintinin həyata keçirilməsi şəhərin girəcəyinin görünüşünü tamamilə gözəlləşdirmişdir. Bundan başqa Daşkəsən şəhərinin küçə və meydanlarına 26000 m2 sahəyə yeni asfalt örtüyü salınmışdır.
Şəhərin küçələrində 6000 m2 sahəsi olan istinad divarları təmir olunmuş, o cümlədən 3000 m2 istinad divarları bəzək daşları ilə üzlənmişdir. Bundan əlavə şəhərin 35 çoxmərtəbəli yaşayış binalarının fasadları təmir olunaraq rənglənmişdir. Şəhərin küçələrində səkilərə 4000 m2 tamet daşı düzülərək 5000 m2 mərmər bardur quraşdırılmışdır.
Heydər Əliyev meydanında və Şəhidlər Xiyabanında əsaslı təmir işləri aparılaraq səliqə-səhman yaradılmışdır.
Şəhərin meydan və küçələrinə yeni işıqlandırma sistemləri quraşdırılaraq tam müasirləşdirilmişdir.
10 iyun 2014-cü il tarixində Daşkəsən şəhəri, Alunitdağ və Mədənçilər qəsəbələrinin ərazilərində güclü təbii fəlakət hədisəsi baş vermişdir. Həmin təbii fəlakət nəticəsində şəhər və qəsəbələrin yaşayış və inzibati binaların dam örtüklərini 30-50 mm ölçüdə olan dolu yağıntısı tamamilə bərbad hala salmışdır.
Təbii fəlakətin vurmuş olduğu zərərin aradan qaldırılması üçün rayon İcra Hakimiyyətinin Başçısı dəfələrlə Respublikanın Baş Nazirinin və Fövqalədə Hallar Nazirinin qəbulunda olaraq məsələlər qaldırmış və zərərin aradan qaldırılması üçün lazimi köməkliklərin göstərilməsinə nail olmuşdur. Görülmüş tədbirlərin nəticəsidir ki, şəhər və qəsəbələrdə 115 çoxmərtəbəli yaşayış binalarının dam örtükləri tamamilə dəyişdirilərək müasir tipli metal lövhəli (çerepisa) şiferlərlə əvəz edilmişdir. Hal-hazırda bu sahədə işlər davam etdirilir və başa çatdırılması üçün 24 coxmərtəbəli yaşayış binası qalmışdır.
Hesabat dövrü ərzində Şəhər nümayəndəliyi inzibati dairəsində yerləşən xidmət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, onlar tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür.
Görülən tədbirlərin müsbət nəticəsi ondan ibarət olmuşdur ki, nümayəndəliyin tərkibinə daxil olan yaşayış məntəqələrində əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatında xeyli dönüş yaranmışdır.
2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planında nəzərdə tutulmuş təmir işlərinin vaxtında həyata keçirilməsi nəticəsində əhalinin elektrik enerjisi və qazla təminatında indiyədək heç bir fasiləyə yol verilməmişdir.
Paylayıcı Elektrik Şəbəkəsi və Qaz-İstismar İdarəsi tərəfindən şəhərin və qəsəbələrin əhalisinə satılmış elektrik enerjisi və qazın dəyərinin toplanması işində dönüş yaranmışdır. 2014-cü ildə elektrikenerjisi və qazın dəyərinin ödənilməsi 100%-ə çatmışdır.
Daşkəsən şəhərinin içməli suya olan tələbatını yaz-payız mövsümündə Qoşqar-Daşkəsən su xəttindən istifadə etməklə, qış aylarında isə Gürbulaq kəndində yerləşən su anbarlarından elektrik nasosları vasitəsilə ötürülən su ilə həyata keçirilir.
Qoşqar-Daşkəsən su xətti Daşkəsən şəhərinin yaz-payız mövsümündə su təminatının tam ödənilməsinə imkan verir.Lakin yay aylarında Xoşbulaq kəndində yerləşən istirahət zonasında su xəttinə tez-tez müdaxilələr olur ki, bu da şəhərin su təminatında problemlər yaradır.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən «Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihənin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyati üzrə təqdim edilmişdir. Həmin layihənin həyata keçirilməsi üçün Beynalxalq tender keçirilmiş və yaxın günlərdə layihənin həyata keçirilməsinə başlanacaqdır.
Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
Hesabat dövrü ərzində Kommunal Müəssisələri Kombinatının fəaliyyətində xeyli dönüş yaranmışdır.Belə ki,KMK-nın maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir.Hal-hazırda kombinatın bazasında 12 ədəd yeni xüsusi təyinatlı texnika vardır ki,bu da bu sahədə olan işlərin tamamilə vaxtında görülməsinə imkan verir.
2014-cü il ərzində xüsusi təyinatlı 1 ədəd yükünü özüboşaldan müasir tipli, çoxtonlu yük avtomobili və 40 ədəd müasir tipli zibil qutuları Bakı şəhərindən gətirilərək KMK-ın balansına verilmişdir.
Bundan başqa nümayəndəliyin Mədənçilər və Alunitdağ qəsəbələrində təmizlik-sanitariya işləri aparılaraq zibil qutuları ilə təmin edilmiş və gündəlik zibil tullantılarının daşınması təşkil edilmişdir.
Bununla belə keçən hesabatda qeyd edildiyi kimi kombinatın ayrı-ayrı idarə və müəssisələrdə əlaqəsi yenə də zəifdir,onlarla bağlanmış müqavilələrin şərtlərinə tam əməl edilmir,əhali tərəfindən kommunal xərclərin ödənilməsində lazımi qayda yaradılmır.Bütün bu faktlar nəticə etibarı ilə müəssisənin maddi-texniki bazasının möhkəmləndirilməsinə mənfi təsir göstərir.
Hesabat dövrü ərzində Daşkəsən şəhərində yaşıllıq zolaqlarının salınması və müxtəlif növ yeni ağacların əkilməsi və onlara qulluğun yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür.Belə ki,şəhərin girəcəyində yaradılmış meşə zolağına, məktəb və yaşayış binalarının ətrafına hesabat dövründə 2600 ədəd Sərv, Şam ağacları və 10000 ədəd gül kolları əkilmişdir. Bundan başqa 2400 m2 sahəyə yaşıllıq zolağı salınmışdır.Salınmış yaşıllıq zolaqlarına və əkilmiş ağaclara yüksək səviyyədə qulluq göstərilmişdir.
2015-ci ildə şəhərin S.Vurğun,Ş.İ.Xətai və 20 Yanvar küçələrində yeni yaşıllıq zolaqlarının salınması və küllü miqdarda yeni ağacların əkilməsi planlaşdırılmışdır.Şəhərdə yerləşən vaxtilə əkilmiş, hal-hazırda təhlükə törədən ağacların budanması işləri davam etdirilir.
Şəhərimizin taleyində “Daşkəsən filizsaflaşdırma” ASC-nin oynadığı rol hamımıza yaxşı məlumdur. Keçən il müəssisədə yeni texnologiyaların tətbiqi, fiziki və mənəvi cəhətdən köhnəlmiş dağ-mədən avadanlıqları və nəqliyyat vasitələrinin təzələnməsi istiqamətində xeyli iş görülmüş, yeməkxana və digər sosial obyektlərin təmiri, fəhlələrin isti yeməklə təmin olunması işində ciddi dönüş yaradılmışdır.
Bu gün kombinatda 371 nəfər işçi qüvvəsi mövcuddur. Kombinatda orta aylıq əmək haqqı 450 manat təşkil edir.
2014-cü il ərzində Filizsaflaşdırma kombinatına 10 ədəd 45 tonluq və 2 ədəd 140 tonluq «BELAZ» markalı çox tonnajlı yükünü özüboşaldan xüsusi təyinatlı avtomaşın alınaraq istifadəyə verilmişdir. Bundan başqa xeyli miqdarda Dağ-mədən vavdanlıqları alınaraq istehsala tətbiq olunmuşdur. Bundan əlavə saflaşdırma fabrikində daha yüksək tərkibli dəmir filiz konsentratı istehsal etmək üçün rekonstruksiya işləri aparılır. Bu də imkan verir ki, yaxın vaxtlarda kombinatda işçilərin sayının 650 nəfərə çatdırılsın.
Şəhər Nümayəndəliyinin ərazisində 5 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, həmin məktəblərdə təhsil alan 1166 şagirdin təlim-tərbiyəsi ilə 184 müəllim məşğul olur. İl ərzində nümayəndəlik ərazisində olan 5 məktəbin istilik sistemi ən müasir istilik sistemi olduğundan, bu sahədə mövcud problemlər aradan qaldırılmışdır.
Bundan başqa tədris ilinin başlanması ilə əlaqədar məktəblərdə əsaslı və cari təmir işləri görülərək səliqə-səhman yaradılmışdır.
2014-cü ildə ərazidə yerləşən 5 məktəbdən Cəmi 21 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur ki,onlardan 12 nəfəri A.Mürsəlov adına, 6 nəfəri İ.Nəsimi adına, 2 nəfəri S.Vurğun adına və 1 nəfəri N.Nərimanov tam orta məktəblərin məzunları olmuşlar.
Ümumiyyətlə məktəblərimizdə təlim-tərbiyə işlərinin keyfiyyəti müasir tələblər səviyyəsinə yüksəldilməli, pedaqoji kollektivlərin fəaliyyətinə nəzarət gücləndirilməlidir. Bunu hər şeydən əvvəl rayon rəhbərliyinin ümumtəhsil məktəblərinə göstərdiyi gündəlik qayğı onların problemlərinin həllinəyönəldən diqqət tələb edir.
Şəhər Nümayəndəliyinin ərazisində fəaliyyət göstərən 4 məktəbəqədər tərbiyə müəssisəsinə 150 uşaq cəlb edilmişdir ki, onların təlim-tərbiyəsi ilə 44 nəfər məşğul olur. Hesabat ilində uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə müvafiq tədbirlər hazırlanıb həyata keçrilmişdir.Belə ki, şəhərin 3 nömrəli körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri müasir standartlara uyğun yenidənqurma işləri görülmüşdür.
Həmişə olduğu kimi 2014-cü il ərzində də vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması məsələsi diqqət mərkəzində olmuşdur.
Bundan başqa 105 nəfər Şəhər və qəsəbə sakinlərinin müraciəti əsasında yardımlar göstərilmişdir.Həmin müraciət etmiş sakinlərə 24,00 min manatlıq dəyərində daxili imkanlar hesabına inşaat materialları verilmişdir.
23 dekabr 2014-cü il Azərbaycan Respublikasının Bələdiyyə seçkilərində 100 saylı Şəmkir- Daşkəsən DSK- Daşkəsən şəhər İƏDÜN-i ərazisində 6 Məntəqə Seçki Komissiyası fəaliyyət göstərmişdir və 4542 nəfər seçici qeydə alınmışdır. Bütün seçkilərdə olduğu kimi bu seçkidədə şəhər əhalisi çox yüksək fəallıq göstərərək seçki məntəqələrinə gələrək öz istədikləri nəmizədə səs vermişlər, 13 bələdiyyə üzvü seçilmişdir. Seçilmiş bələdiyyə üzvlərinin hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Daşkəsən şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Nüsrət Vəliyev çıxışına davam edərək hesabat dövrü ərzində işlərində olan nöqsanlardan da söz açmışdır.
Məruzənin sonunda yığıncaq iştirakçılarını, hörmətli başçımız cənab Ə.M.Abıyevi əmin etmək istəyirəm ki, cari ildə fəaliyyətimizi yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində səfərbərliyə almaqla icra orqanları qarşısında qoyulmuş vəzifələr səviyyəsində yerinə yetirəcəyik.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev şəhər ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağında geniş və məzmunlu nitq söyləmişdir. Bildirmişdir ki, ölkəmizdə, rayonlarımızda, regionlarımızda gedən bütün bu yaxşı işlərin, nailiyyətlərin ilham mənbəyi ulu öndərimiz Heydər Əliyevin uzun illərə hesablanmış müdrik siyasətinin nəticəsidir.Azərbaycan xalqı bu mənada xoşbəxt xalqdır ki, onun dünya şöhrətli cənab İlham Əliyev kimi qurucu, yaradıcı, beynəlxalq aləmdə öz nüfuzu ilə seçilən Prezidenti vardır. Azərbaycanı və eləcə də ölkəmizin bütün regionlarını xoş gələcək gözləyir.