Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən dəmir filizi yatağı üzrə geoloji məlumatlar rəqəmsallaşdırılır

19 sentyabr 2020 | 16:00

"AzerGold" QSC Daşkəsən dəmir filizi yatağı üzrə geoloji məlumatların rəqəmsallaşdırılması, topoqrafik çəkiliş və perspektiv sahələr üzrə axtarış və çöl-tədqiqat işlərinin satın alınmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.
"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, "AzerGold"un elan etdiyi tenderin qalibi "Datum" şirkəti seçilib. Şirkətlə ümumi dəyəri 737,9 min. manat təşkil edən müqavilə imzalanıb.

Keçidlər