Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Separatçı və işğalçı rejimin başçısı Azərbaycanın Gəncə şəhərini vurmaqla hədələyir, ancaq ATƏT-in Minsk qrupu həmsədrləri məsələyə münasibət bildirməyə tələsmirlər

17 sentyabr 2020 | 16:00

Ermənistan yenə öz ampluasındadır. İşğal siyasətindən əl çəkmək əvəzinə dinc sakinlərin yaşadığı şəhəri bombalaya¬cağı ilə hədələyir. Belə ki, qondarma dövlət “Dağlıq Qarabağ respublikası”nın baş separatçısı çərənləyir ki, Azərbaycanın Gəncə şəhərini raketlə vuracaqlar. Görünür, qondarma rejimin terrorçu¬ları İrəvandakı sahibi ilə birlikdə Azərbaycan Ordusunun verdiyi dərsdən nəticə çıxarmırlar və Tovuzdakı uğursuzluq işğalçıları təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Ancaq iş-ğalçılar unutmamalıdırlar ki, Azərbaycan istənilən təhdidə adekvat cavab vermək gücündədir və heç bir qüvvə işğal altındakı torpaqları azad etməyə mane ola bilməyəcək.
Ermənistan yaxın tarixdən nəticə çıxarmır. İstər Aprel döyüşlərində, istər Günnüt əməliyyatında, istərsə də Tovuzla sərhəd bölgəsində Azərbaycan Ordusun¬dan aldığı güclü sillədən nəticəyə gələ bilmir. Ermənistan silahlı birləşmələrinin gücü ancaq sərhəd kəndlərini atəşə tutmağa, mülki əhalini hədəfə almağa çatır. Doğrusu, Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət etmiş Ermənistan rejimi indiyədək öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirmişdir. Ermənistanın mülki əhalini hədəfə alması həm də işğalçının terrorçu mahiyyətini təsdiqləyir. Əslində, mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni vandalizminin ən aşkar və bariz nümunəsidir. Tovuz istiqamətində törətdiyi təxribat zamanı niyyətinin puça çıxdığını görən Ermənistan Dağlıq Qarabağdakı baş separatçısının dili ilə beynəlxalq hüquq normalarına zidd bəyanatlar səsləndirir. Belə ki, qondar¬ma rejimin başçısı Araik Arutunyan boyundan qabağa hoppanaraq Gəncəni vurmaqla hədələyir.
Əslində, erməni separatçısının belə sərsəmləməsi təəccüb doğurmur. İşğalçıların Azərbaycan torpaqlarından çıxmamaq üçün məntiqə və beynəlxalq hüquq normalarına zidd bəyanatlar səsləndirmələri təəccüblə qarşılan¬mır. Təəccüb doğuran ATƏT-in Minsk qrupu həmsədrlərinin susqunluğudur. Görəsən, Minsk qrupunun həmsədrləri bu bəyanata niyə münasibət bildirmirlər? Görünür, “turist diplomatiyası”nın nümayəndələri hələ yay tətilindən qayıtmayıblar. Separatçı və işğalçı rejimin başçısı Azərbaycanın Gəncə şəhərini vurmaqla hədələyir, ancaq ATƏT-in Minsk qrupu həmsədrləri məsələyə münasibət bildirməyə tələsmirlər. Halbuki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan Minsk qrupu, eləcə də beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməlidir. Əlbəttə, beynəlxalq birlik Ermənistan hakimiyyətindən bununla bağlı izahat tələb etməlidir. Həmişə özünü “təcavüzün qurbanı” kimi qələmə verməyə çalışan rəsmi İrəvandan izahat istənilməlidir ki, təqribən 340 min əhalinin yaşadığı şəhəri bombalama¬ğın ağır fəsadlarını anlayırmı? Əlbəttə, Dağlıq Qarabağdakı qondarma rejim başçısının sərsəmləməsinin bir qəpiklik də dəyəri yoxdur və şübhəsiz, Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir.
Artıq birmənalı şəkildə qeyd edilməlidir ki, Minsk qrupu ikili standart¬larına və susqunluğuna son qoymalıdır. Son illərdə belə bir qəti fikir formalaş¬mışdır ki, fəaliyyətsizliyinə və qərəzli mövqeyinə görə ATƏT-in Minsk qrupu buraxılmalıdır. Mütəxəssislərin sözlərinə görə, hətta Minsk qrupunun fəaliyyətinin yenidən təşkilini nəzərdən keçirmək lazımdır. Həmçinin belə fikirlər irəli sürü¬lür ki, ən ədalətli mövqe və tələb Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə Türkiyənin də həmsədr kimi qoşulmasın¬dan ibarətdir.
Artıq heç kimə sirr deyil ki, ATƏT-in Minsk qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir. Bu da bir reallıqdır ki, həmsədrlər arasında balans da mövcud deyil. Siyasi şərhçilərin fikrincə, ABŞ hansısa formada balansın saxlanılması istiqamətində cəhdlər göstərməsi ilə fərqlənir. Bu ya¬xınlarda ABŞ Konqresində qəbul edilmiş düzəlişi konkret misal göstərmək olar. Bununla belə, Minsk qrupunda yenə də balans yoxdur. Ancaq bu gün həmsədr ölkələr balans gözləmək əvəzinə, birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də, ATƏT-in Minsk qrupunun buraxılması və onun fəaliyyətinin yenidən təşkil olunmasına zərurət yaranmışdır.
Bu, bir reallıqdır ki, Ermənistanın indiki rəhbəri Nikol Paşinyan təcrübəsiz və naşı siyasətçidir. Bunu o, dəfələrlə təsdiqləmişdir. Son dəfə N.Paşinyan “bacarığını” BBC-nin məşhur “Hard Talk” verilişində nümayiş etdirdi. Verilişdə erməni baş naziri aparıcı Sti¬ven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarına cavab verərkən çətin anlar yaşadı. Belə ki, aparıcının “Siz son münaqişəni Azərbaycanın başladığını iddia edirsiniz, qarşı tərəf isə əksini deyir, bu verilişdə bunu aydınlaşdıra bilməyəcəyik. Ancaq aydın olan odur ki, siz buna qədər vəziyyəti gərginləşdirən bir sıra təxribat xarakterli addımlar atmı¬sınız. Məsələn, niyə ötən ilin avqustunda siz Stepanakertə (Xankəndi -red.) səfər edib çıxışınızda “Artsax Ermənistandır” demisiniz? Bu, açıq-aşkar Azərbaycana qarşı təxribat idi”-sualına cavabında erməni baş nazir yayınmağa çalışdı. “Mən ona görə “Artsax Ermənistandır” demişəm ki, Dağlıq Qarabağda min illər boyu ermənilər məskunlaşıb və Artsax adı minilliklərlə tarixə sahibdir”. Aparıcı Ermənistan baş nazirinin sözünü kəsərək “Biz sizin tarixinizin minilliklərini indi araşdıra bilmərik, edə biləcəyimiz bu günün reallıqlarına baxmaqdır. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsini, hansı ki, işğal olunmuş Azərbaycan torpaqlarından bütün Ermənistan hərbi qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edir-- pozmusunuz. Beynəlxalq hüquqa görə sizin qüvvələr işğal həyata keçirir və ora gedib bu ərazilərin sizə aid olduğunu elan edirsiniz. Aydındır ki, siz sülh quru¬cusu deyilsiniz” – deyə bildirdi.
Əlbəttə ki, Ermənistan baş naziri Nikol Paşinyan “HARD Talk” proqramı¬na müsahibəsində səsləndirdiyi sərsəm fikirlərlə növbəti dəfə özünü biabır etdi. Onun heç bir elmi, hüquqi əsası olmayan açıqlamaları işğalçı ölkənin hökumət başçısının tarixdən bixəbər və savadsız olduğunu göstərdi. Burada mü¬hüm məqama diqqət yetirmək zəruridir. Belə ki, verilişdə səsləndirilən sualların xarakteri bir daha onu göstərir ki, artıq Qərb də həm Ermənistanda mürəkkəb və ziddiyyətli daxili proseslər, antidemok¬ratiya, həm də Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində sələflərinin mövqeyini da¬vam etdirdiyinə görə N.Paşinyandan üz döndərir. Bununla yanaşı, bütün dünya bir daha gördü ki, N.Paşinyan hələ siyasətçi kimi formalaşmamışdır, təcrübəsiz və səriştəsizdir. Axı, jurna¬list qarşısında belə aciz duruma düşən N.Paşinyan, görəsən dövlət və hökumət başçıları ilə ikitərəfli və çoxtərəfli danı-şıqlar formatında hansı biabırçı pozanı alır? Təəssüf ki, N.Paşinyan bundan əvvəlki təxribatçı çıxışlarında uğradığı fiaskodan dərs çıxarmaq əvəzinə yenə öz uydurmalarını ortaya ataraq dünya ictimaiyyətinin diqqətini yayındırmaqla məşğuldur. Ancaq bu dəfə də yalanları sıraya düzməyə çalışmaqla özünü yenə gülünc vəziyyətə saldı.
Təbii ki, belə təcrübəsiz hökumət rəhbərindən və erməni baş nazirin dəstəklədiyi Dağlıq Qarabağdakı qondar¬ma rejimin başçısı Araik Arutunyandan Gəncəni vurmaq kimi hər cür sərsəm bəyanatlar və təxribatlar gözləməyə dəyər.
Azərbaycan Ordusu işğalçıla¬rın istənilən təxribatına layiqli cavab verməyə hazırdır. Bununla belə, dünyada, xüsusilə də mürəkkəb coğrafi reionda yerləşən Cənubi Qafqaz regionunda sülh istəyən mütərəqqi beynəlxalq ictimaiyyət “məzlum və yazıq” Ermənistan dövlətindən son bəyanata görə izahat tələb etməli və regionda dayanıqlı sülhün bərqərar olması üçün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasına şərait yaradan addımları dəstəkləməlidir.

Keçidlər