Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİNİN ƏMƏKDAŞLARI USAİD-İN DƏSTƏYİ İLƏ HƏSSAS AİLƏLƏRƏ YARDIM PAYLAYIB

11 sentyabr 2020 | 16:00

Sentyabrın 10-da  COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən həyata keçirilən layihə çərçivəsində 37 qutu ərzaq və gigiyena məhsullarından ibarət bağlama cəmiyyətin yerli bölməsinin vasitəsilə Daşkəsən rayonunda ən həssas və ehtiyacı olan ailələrə paylanılıb.
Bu layihədən daha çox Az.QAC Daşkəsən rayon bölməsinin qeydiyyatında olan tənha ahıllar və çoxuşaqlı aztəminatlı ailələr yararlanıb. Humanitar yardımların paylanılmasında Az.QAC-ın rayon bölməsinin əməkdaşları və könüllüləri fəal iştirak ediblər.
Bölməyə gəlmək imkanı olmayan yataq xəstələri bölmə könüllüləri tərəfindən evlərində ziyarət olunublar.
Gigiyenik bağlamalar və ərzaq qutuları alan şəxslər göstərilən köməyə görə öz minnətdarlıqlarını bildirdiblər.

Keçidlər