Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda kitabxanalarda, uşaq bağçalarında, orta məktəblərdə 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

21 yanvar 2015 | 16:00

 

Keçirilən tədbirlərdə 1990-cı ilin qanlı yanvar gecəsindən bəhs edən şeirlər söylənilib, səhnəciklər göstərilib. Bu qanlı hadisəyə həsr olunmuş fotolar, kitablar və rəsm əsərləri nümayiş olunub. Bildirilib ki, “20 Yanvar” hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olub. Bütövlükdə isə bu faciə milli tariximizin ən şanlı səhifələrindən birini təşkil edir. Bu hadisə milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin kütləvi qəhrəmanlığıdır. Şəhidlər Xiyabanı bizim qürur yerimizdir.

Tədbirlərdə körpələr evi uşaq bağçasının fidanları “20 Yanvar”-a həsr edilən şerlər söyləyib, vətənpərvərlik ruhunda manhılar ifa ediblər. Uşaqlar hazırladıqları səhnəcikdə qanlı gecənin dəhşətlərini nümayiş etditməyə çalışıblar. Sonda fidanlar Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında 40-cı qəbrdə dəfn olunmuş şəhidlərimizdən biri olan daşkəsənli həmyerlimiz Ülvi Yusif oğlu Bünyadzadənin portreti önünə tər qərənfillər düzüblər.

Vüqar Məmmədov

Keçidlər