Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Prezident İlham Əliyev: "Bu gün tam əminliklə deyə bilərəm ki, ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır”

23 avqust 2020 | 16:00

Bu sözləri Prezident İlham Əliyev avqustun 21-də 1000 meqavat yükgötürmə gücünə malik "Qobu” yarımstansiyasının tikintisi ilə tanış olarkən demişdir :
"Azərbaycanda 440 meqavat gücündə bərpaolunan enerji növlərinin yaradılması, özü də Azərbaycan dövləti tərəfindən bir manat vəsait qoyulmadan reallaşdırılması bizə olan inamın təzahürüdür, həmçinin Azərbaycanın sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür”.
Amma Prezident bununla da kifayətlənmir - yerli və xarici investorları Azərbaycanın enerji sektoruna daha çox sərmayə qoymağa dəvət edir: "Yerli və xarici şirkətlərə bildirmək istərdim ki, biz ənənəvi enerji növlərinin istehsalı ilə əlaqədar işlərimizi davam etdirmək əzmindəyik. Biz xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik. O cümlədən onları su elektrik stansiyalarının və bərpaolunan enerji stansiyalarının tikintisinə cəlb etmək istəyirik”.
Ardınca dövlət başçısı bu dəvətin sərmayəçilər üçün sərfəli və etibarlı olduğunu bildirir, dediklərini konkret faktlarla əsaslandırır: "Bu gün Azərbaycanda investisiya qoyuluşu sahəsində çox böyük işlər görülür, Azərbaycanda biznes mühiti yaxşılaşır. "Doing Business” proqramında biz tarixi nailiyyətlərə çata bilmişik. Dünya Bankı tərəfindən hazırlanan bu reytinq cədvəlində Azərbaycan artıq qabaqcıl yerlərdədir”. Ölkəmizin həmçinin dayanıqlı inkişaf baxımından çox böyük irəliləyişə nail olduğunu deyən Prezident BMT-nin Dayanıqlı İnkişaf İndeksinə görə də Azərbaycanın ildən-ilə mövqeyini yaxşılaşdırdığını xatırlatmış və bütün bunların nəticəsinə diqqət çəkmişdir: "Ona görə Azərbaycan bu gün sərmayələr üçün çox cəlbedici ölkə olaraq qalır və bu sahə - elektroenergetika sahəsi, hesab edirəm ki, çox böyük maraq doğurur və artıq həyat bunu təsdiqləyir”.

Keçidlər