Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli və Dəstəfur İnzibati Ərazi dairəsi üzrə nümayəndələri hesabat verdilər

15 yanvar 2015 | 16:00

 

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 
Əhmədli və Dəstəfur İnzibati Ərazi dairəsi üzrə nümayəndələri  hesabat verdilər

Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısının  şəhər, qəsəbə və  kənd   inzibati  ərazi dairələri  üzrə  nümayəndəliklərinin illik hesabat yığıncaqlarının keçirilməsi davam edir.
Hesabatlar Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısı cənab Əhəd Abıyevin, RİHB Aparatının məsul işçilərinin, rayonda fəaliyyət göstərən  idarə, müəssisə və təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və  kənd sakinlərinin iştirakı ilə birgə demokratik şəraitdə keçirilir.
Belə hesabatlardan biri də bu gün Əhmədli və Dəstəfur İƏDÜ Nümayəndəliklərində baş tutmuşdur. Yığıncaqlarda Əhmədli və Dəstəfur İƏDÜ Nümayəndələrinin hesabat mərüzəsi dinlənilmişdir. Hər iki ərazi üzrə 2014-cü il ərzində nümayəndəliklərin gördüyü işlərdən, cari ildə qarşıda duran vəzifələrdən və onları narahat edən problemlərdən danışmışlar.
Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısı cənab Əhəd Abıyev Əhmədli və Dəstəfur kəndlərində keçirilən hesabat yığıncaqlarında dərin məzmunlu nitq söyləmiş, ölkəmizdə gedən böyük və sürətli inkişaf, quruculuq, abadlıq işlərindən, eləcə də rayonumuzda uzun illərdən bəri həllini gözləyən, çətin olan problemlərdən danışmışdır. Cənab Başçı qeyd etmişdir ki, indi dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevin apardığı sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə bütün sahələrin inkişafı üzrə əlverişli mühit yaradılmışdır.
Indi Azərbaycan kosmos ailəsinin üzvüdür. Dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik edib. Bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə Azərbaycan dövləti layiqincə ev sahibliyi edir. Həm ölkə daxilində, həm də ölkəmizdən kənarda əldə olunan uğurlar beynəlxalq aləmdə razılıqla qarşılanır. Hər birinizə yaxşı məlum olan yol problemi, təbii qaz problemi bizi həmişə narahat edirdi. Bu gün sizin şahidliyinizlə mövcud olan problemlərimiz ardıcıllıqla həll olunmaqdadır. Özünüz canlı şahid olaraq görürsünüz ki, Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun əsaslı təmiri uğurla başa çatdırılmış, digər kənd yollarının da əsaslı təmir sahəsində işlər davam etdirilir. Azərbaycanda azad sahibkarlıq mühiti yaradılmışdır. Məhz ölkə Prezidentinin düşünülmüş, uzun illərə hesablanmış siyasətinin nəticəsidir ki, ölkədə güclü, sürətli tikinti, abadlıq, yenidənqurma işləri aparılır. Deyilənlərin bariz nümünəsi sizin yaşadığınız kənddə də özünü göstərir
Yaxşı məlumdur ki, Daşkəsən rayonunda əlverişli iş mühiti 4-5 ay çəkir. İlin qalan aylarında iqlim şəraiti açıq havada bu cür işləri görməyə imkan vermir. Həllini gözləyən digər problemlərimizin də icrası üçün hava şəraitinin imkan verdiyi vaxtlardan səmərəli istifadə etməklə ardıcıl olaraq bu sahədə işləri davam etdirəcəyik.
Ümumiyyətlə, bildirmək istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman bütün regionlara olduğu kimi, Daşkəsənə və daşkəsənlilərə də böyük diqqət və qayğısı vardır. Hamımız bu qayğını görür, dünya şöhrətli Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Onun şəxsində biz hər zaman düzgün yol göstərən, xeyirxahlığı təbliğ edən, dinclik, gələcək nəslin xoşbəxtliyi, firavanlığı naminə, bir sözlə, şərqə günəş kimi doğan Azərbaycanımızın şöhrətinin günbəgün artırılması naminə düşünən, fəaliyyət göstərən əvəzsiz siyasi lideri görürük.

Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısı cənab Əhəd Abıyev nitqinə davam edərək bildirmişdir ki, memarlıq üslubunda tikilən Rayon icra Hakimiyyətinin inzibati binası, tamamilə yenidən qurularaq müasir görünüş alan Heydər Əliyev Mərkəzi, yeni avtovağzal və Xoşbulaq kəndində inşa olunmuş Gənclərin Təlim və İstirahət Mərkəzi, Statistika idarəsinin yeni inzibati binası, Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun əsaslı tikintisi 2014-cü ildə əldə olunan ən böyük nailiyyətlərdəndir.
2014-cü il oktyabrın 17-i Daşkəsən üçün çox müqəddəs və əlamətdar günlərdən biri kimi onun şərəf tarixinə yazıldı. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın səfəri daşkəsənlilərə xoş anlar bəxş etdi, qürur və fərəhini artırdı.
Daşkəsənin uzun illər probleminə çevrilən sosial yönümlü məsələlər artıq öz həllini tapmışdır.Əhali işıq, qaz sarıdan korluq çəkmir. Müasir işıqlandırma rayonun gecəsini də cəlbedici edibdir. Yaşıllaşdırma işləri sürətlə aparılır. Bunu indi hiss edirik, hər birimiz görürük,
Əmin ola bilərsiniz ki, möhtərəm Prezidentimizin ali diqqət və nəzarəti altında bu il də qeyd etdiyim böyük tikinti, quruculuq, abadlıq, yenidənqurma işləri davam etdiriləcəkdir. Daşkəsənin xoş gələcəyi vardır.
Hesabat yığıncağında çıxış edən kənd sakinləri yüksək səviyyədə həllini tapmış problemlərə görə möhtərəm cənab Prezidentimiz İlham Əliyevə  öz dərin minnətdarlıqlarını, razılıqlarını bildirərək qeyd etdilər ki, indiyədək kəndimizdə mövcud problemlərin həllinə bu cür diqqət və qayğı görməmişdik. Bu qayğı bizi dünya şöhrətli Prezidentimizin ətrafında daha sıx birləşməyə ruhlandırır.
Kənd sakinləri həmçinin onları narahat edən digər problemlərlə bağlı təkliflərini, istək və arzularını Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısının  diqqətinə çatdırdılar. Edilmiş təklif və müraciətlərin bir neçəsi  yerindəcə  öz müsbət həllini tapdı.
Hesabat yığıncağından sonra YAP Daşkəsən rayon təşkilatının Əhmədli və Dəstəfur ərazi ilk partiya təşkilatının yığıncağı da keçirilmişdir. Yığıncaqlarda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olumuş, bir qrupu isə partiya sıralarına qəbul edilmişdir.


Vüqar Məmmədov

Keçidlər